Icma.az
close
up
RU
Ukraynada yeni dövlət qurula bilər ŞOK İDDİA KONKRET

Ukraynada yeni dövlət qurula bilər ŞOK İDDİA KONKRET

Konkret.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ukraynada sülh danışıqlarının növbəti dəfə uğursuzluğa düçar olmasından sonra ABŞ və Avropada müharibəni dayandırmaq üçün yeni ssenarilər axtarılır.

KONKRET.az Musavat.com-a istinadən xəbər verir ki, Putinin sabiq spiker-məsləhətçisi Abbas Qallyamov bununla bağlı maraqlı iddia irəli sürüb.

“Mənə elə gəlir ki, danışıqların indiki dalana dirəndiyi vəziyyətdə Trampın “yaradıcı intuisiyası” istər-istəməz hansısa gözlənilməz variant doğuracaq. Məsələn, dörd mübahisəli regionun ərazisində “Şərqi Ukrayna” adlı müstəqil dövlətin yaradılması kimi… (Rusiyanın isə yəqin ki, “Malorossiya” adında israr edəcəyi istisna deyil). Hətta Tramp ora Krımı da əlavə etməyi təklif edə bilər”, – deyə Qallyamov qeyd edib.

Ekspertin fikrincə, Tramp belə bir planı təkcə onun qəbul edilməsi üçün yox, həm də tərəflərə təzyiq vasitəsi kimi ortaya ata bilər: yəni ya razılığa gəlin, ya da mənim masaya qoyduğum bu variantla üzləşin. Abbas Qallyamov misal kimi Qəzza ssenarisini göstərir: əhalinin çıxarılması və ərazinin elit daşınmaz əmlaka çevrilməsi haqda ideya qəbul olunmasa da, ərəb tərəfi onun reallaşa biləcəyindən ehtiyat edərək daha yumşaq Amerika variantına razılaşdı.

“Mübahisəli ərazilərin heç bir tərəfə verilməyib ayrıca həyat yaşaması ideyası orada bu gün baş verən qanlı qırğın fonunda o qədər də pis görünməyə bilər. Uzun keçid dövrü, BMT himayəsi altında müvəqqəti administrasiya, beynəlxalq bərpa yardımı və məsələn, beş-on ildən sonra öz müqəddəratını təyinetmə referendumu – “Ukraynaya birləşmək”, “Rusiyaya birləşmək” və ya “müstəqil qalmaq” kimi üç variantlı səsvermə – indiki dalan vəziyyətində bir çoxları üçün qəbul edilə bilən çıxış yolu təsiri bağışlaya bilər”, – deyə rus ekspert bildirib.

Qallyamov qeyd edib ki, həm Rusiya, həm də Ukrayna yeni qurumu öz təsiri altına almağa çalışacaq, lakin bunu hərbi yolla deyil, siyasi vasitələrlə – siyasi texnologiyalar, kampaniyalar və hətta açıq rüşvətlə etməyə cəhd göstərəcəklər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:189
embedMənbə:https://konkret.az
archiveBu xəbər 03 Dekabr 2025 18:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see293

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see282

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see259

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see255

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see250

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see242

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see242

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see241

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see224

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see214

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see212

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see211

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see208

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see207

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see206

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see205

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see203

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

04 Oktyabr 2026 04:04see187

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see168

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri