Icma.az
close
up
RU
Azercell və Azərbaycan Cüdo Federasiyası “İlin markası” seçildi! FOTOLAR

Azercell və Azərbaycan Cüdo Federasiyası “İlin markası” seçildi! FOTOLAR

GlobalInfo saytına istinadən Icma.az xəbər verir.

Lider operatorun Azərbaycan Cüdo Federasiyası ilə əməkdaşlıqda həyata keçirdiyi sosial kampaniyalar bir sıra nominasiyalar üzrə Türkiyənin ən prestijli reklam mükafatlarından olan Felis-ə layiq görülüb

Globalinfo.az bildirir ki, reklam və marketinq sahəsində effektiv və yaradıcı layihələri qiymətləndirən “Felis Mükafatları” Azercell-in fəaliyyətini yüksək dəyərləndirib. “Felis Mükafatları” çərçivəsində təşkil edilən “Felis Azərbaycan” Azercell və Azərbaycan Cüdo Federasiyasının birgə həyata keçirdiyi sosial təşəbbüsləri fərqli kateqoriyalar üzrə 10 mükafata layiq görüb və tərəfdaşları “İlin markası” elan edib.

Noyabr ayının 8-i İstanbulun Haliç Konqress Mərkəzində keçirilən mükafatlandırma mərasimində iştirak edən Azercell-in Korporativ Ünsiyyət departamentinin direktoru Sona Abbasova bildirib: “Həyata keçirdiyimiz hər bir sosial təşəbbüsün əsas məqsədi cəmiyyətimizə, ölkəmizə faydalı olmasıdır. Cüdo Federasiyası ilə tərəfdaşlığımız sayəsində bu amala xidmət edən “Qızlara ağ yaraşır”, “Söz verirəm”, “Doğru yol budur” kampaniyalarımızı ərsəyə gətirmişik. Layihələrimizin beynəlxalq və yerli müsabiqələrdə uğuru bizim əməkdaşlığın məhsuldarlığının bariz nümunəsidir”.

Qeyd edək ki, “Qızlara ağ yaraşır” sosial kampaniyası 6 kateqoriya üzrə 7 mükafatın sahibi olub. Azərbaycanın bölgələrində 1000 qızı cüdoya cəlb etməyə müvəffəq olan bu təşəbbüs müsabiqənin Qran Pri mükafatına layiq görülüb. Eyni zamanda, kampaniya “Korporativ Sosial Məsuliyyət (KSM) / Korporativ imic”, “İnteqrasiya edilmiş reklam kampaniyaları”, “PR kampaniyalar”,  “Datadan istifadə”, “Rəqəmsal, mobil və sosial platformalardan istifadə”, “İnteqrasiya edilmiş mediadan istifadə” kateqoriyaları üzrə mükafatlar qazanıb.

Narkomaniyanın fəsadlarına diqqət çəkməklə sağlam həyat tərzinin təbliğatına və idmana olan marağın artırılmasına yönələn “Doğru yol budur” sosial layihəsi isə “Brendləşdirilmiş musiqi videosu” və “Print və çöl reklamlarının istifadəsi” kateqoriyası üzrə mükafat qazanıb.

Qeyd edək ki, Azercell və Cüdo Federasiyasının birgə həyata keçirdikləri bu sosial təşəbbüslər dəfələrlə beynəlxalq və yerli mükafatlara layiq görülüb.

“Azercell Telekom” MMC haqqında ətraflı məlumat üçün Azercell səhifəsinə keçid etməyinizi xahiş edirik.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:59
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 11 Noyabr 2024 16:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiyanın Azərbaycana qarşı növbəti təzyiq mexanizmi

25 İyul 2025 00:06see639

Goji berry nədir? Goji giləmeyvəsinin faydaları

24 İyul 2025 17:12see169

Azərbaycanda reklama görə 4 blogerdən ŞİKAYƏT EDİLDİ RƏSMİ

24 İyul 2025 10:47see150

Təmiz enerji dövrünü necə sürətləndirmək olar ANALİZ

24 İyul 2025 16:58see145

Avropa və ABŞ razılaşacaqlar Ticarət gərginliyi aradan qalxacaq

24 İyul 2025 17:15see145

Bu şəhərdə 22 min abonentin qaz təchizatı dayandırılacaq

24 İyul 2025 17:01see142

Qız Qalasında “Vyetnam Günləri : Şərqin incə zərifliyi İçərişəhərdə FOTO

24 İyul 2025 17:07see140

Türkiyədə oxuyan bir qrup tələbə Azərbaycan universitetlərinə köçürülmə hüququndan məhrum edilib?

25 İyul 2025 01:36see137

Dondurma yeyəndə dişlərimiz niyə sızıldayır? Səbəbi

24 İyul 2025 15:59see135

Çoxumuzun sevimli xalq artisti...

24 İyul 2025 21:42see133

Bir səfərin izi ilə Fransa sənədli filminin təqdimatı keçirilib

24 İyul 2025 20:43see132

Nicatdan da, Rüfətdən də incimişəm Yaşar Nurinin qızı

24 İyul 2025 15:43see131

Xəstələri ölümcül hala salan saxta cərrah barədə şok faktlar: Bədənim çürüyüb

24 İyul 2025 18:29see128

Tailand Kamboca səfirindən ölkəni tərk etməyi tələb edib

24 İyul 2025 22:42see123

Rusiyadan Qordonun Xankəndiyə getməsinə reaksiya

24 İyul 2025 17:09see122

14 kiloqram arıqlayan Yeşilçam ulduzu tanınmaz halda

24 İyul 2025 10:59see122

Arsenal ilin transferini tamamlayır: Qyökereş Londona gedir

24 İyul 2025 16:58see121

Somalili nazir Ulu öndərin məzarını ziyarət edib

24 İyul 2025 23:40see120

Yeni stansiyaların inşası nəqliyyat sıxlığına əhəmiyyətli təsir göstərməyəcək EKSPERT

24 İyul 2025 17:08see120

Əgər onlara edilən təkliflər futbolçuları qane etməsə, mən onları komandada saxlamağa hazıram

26 İyul 2025 00:48see117
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri