Icma.az
close
up
RU
® “Azercell”in dəstəyi ilə fəaliyyət göstərən “Azərbaycan Uşaq Qaynar Xətti” 2025 ci ilin ilk yarısında 2173 müraciət qeydə alıb

® “Azercell”in dəstəyi ilə fəaliyyət göstərən “Azərbaycan Uşaq Qaynar Xətti” 2025 ci ilin ilk yarısında 2173 müraciət qeydə alıb

Icma.az, Azertag saytına istinadən bildirir.

Müraciətlərin əksəriyyəti psixoloji dəstəklə bağlı olub

“Azercell”in dəstəyi ilə fəaliyyət göstərən “Azərbaycan Uşaq Qaynar Xətt” xidmətinə (AUQX) 2025-ci ilin yanvar-iyun ayları ərzində 2173 müraciət daxil olub.

Müraciətlər arasında psixoloji dəstəklə bağlı sorğular (497) üstünlük təşkil edib. Bununla yanaşı, hüquqi yardım üzrə 392, sosial məsələlərlə bağlı 378, təhsil üzrə 96, səhiyyə ilə əlaqədar 24 müraciət qəbul edilib. 750-dən çox zəng isə ümumi xarakterli sualları, xidmət haqqında məlumat sorğularını və digər müxtəlif mövzuları əhatə edib.

15-18 yaşlı yeniyetmələrdən gələn 1345 sorğu müraciətlərin əksəriyyətini təşkil edib. Digər sorğuların 502-si 11-14 yaşlı, 326-sı isə 10 yaşadək uşaqlarla bağlı olub.

Bu müddət ərzində 78 ailə mərkəzə dəvət olunaraq hüquqi, psixoloji və psixososial dəstəklə təmin edilib. Ümumilikdə, 300-dən çox sosial-psixoloji reabilitasiya işi həyata keçirilib. Həmçinin təcili müdaxilə tələb edən hallar üzrə 73 məktəb və ailəyə təxirəsalınmaz səfərlər baş tutub.

Hesabat dövrü ərzində xidmətin fəaliyyəti barədə məlumatlılığın artırılması məqsədilə “Azərbaycan Uşaq Qaynar Xətti” xidmətinin əməkdaşları Bakı, Sumqayıt şəhərləri və Abşeron üzrə üç peşə məktəbi, doqquz orta məktəb və bir Gənclər evində maarifləndirmə tədbirləri keçiriblər.

2010-cu ildə yaradılan “Azərbaycan Uşaq Qaynar Xətt” xidməti fəaliyyətini “Azercell Telekom” MMC və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin dəstəyi, "Ümidli Gələcək" Sosial Təşəbbüslər İctimai Birliyinin idarəçiliyi ilə davam etdirir.

24/7 rejimdə fəaliyyət göstərən Qaynar Xəttə 116 111 qısa nömrəsi, +994 50 680 22 80, +994 51 580 22 80, +994 51 880 11 80, +994 51 880 22 80 mobil nömrələri, elektron poçt ünvanı ([email protected]), Facebook və Instagram sosial şəbəkə profilləri (@usaqqaynarxetti), “Uşaq Qaynar Xətti” mobil tətbiqi və AUQX-nin rəsmi veb-saytı üzərindən müraciət etmək mümkündür.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://azertag.az
archiveBu xəbər 16 İyul 2025 12:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri