“Azercell”in rəhbərinin yaratdığı şirkətə 8 milyon manat maya qoyuldu
Demokrat.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Elektron pul təşkilatı “A-Solutions Elektron Pul Təşkilatı” MMC-nin nizamnamə kapitalı artırılıb.
Demokrat.az xəbər verir ki, Yurd.Media-nın əldə etdiyi məlumata görə, “Azercell Telekom”un bazarda “akart” fintexi ilə çıxış edən şirkətin nizamnamə kapitalı 8 milyon manat və ya 34 faiz artırılaraq 31,5 milyon manata çatdırılıb.
Xatırladaq ki, “A-Solutions Elektron Pul Təşkilatı” MMC 2023-cü ilin noyabrın ayında dövlət qeydiyyatına alınıb. Həmin vaxt şirkətin nizamnamə kapitalı 1,5 milyon manat, qanuni təmsilçisi isə Hüseynov Azad İsrail oğlu olub.
Hazırda “A-Solutions Elektron Pul Təşkilatı”nın Müşahidə Şurasının sədri “Azercell Telekom”un qanuni təmsilçisi Zərinə Zeynalova, üzvləri isə Əliyeva Şirin Eldar qızı və Tekeli Taylandır.
“Azercell Telekom” MMC təqdim etdiyi "akart" xidməti ilə əlaqədar bütün mülkiyyət və müəllif hüquqlarını, o cümlədən müştərilərə aid hesablar, həmin hesablar üzrə tarixçə, müştəri balansları, xidmət haqqı ödənişləri, keşbek qaytarılması, hesablar üzrə bütün digər məlumat və həyata keçirilən əməliyyatlar, həmçinin hazıradək və gələcəkdə həmin xidmət üzrə müştərilərin yaranacaq hər hansı borc öhdəliklərinə dair tələblər üzrə bütün hüquqlarını “A-Solutions Elektron Pul Təşkilatı” MMC-yə ötürüb.
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.

Bu mövzuda digər xəbərlər:“Azercell”in rəhbərinin yaratdığı şirkət “maya”sını 22,5 mln. manat artırıb
19 Mart 2025 12:28
Azercell in Asanİmza xidməti bahalaşıb?
13 Yanvar 2026 12:05
“Azercell”in icbari “paket” xidmətləri
07 May 2026 11:56
Azercell in kibermaarifləndirmə təşəbbüsü davam edir
09 İyul 2025 13:18
Azercell in qiymət artımına RƏSMİ REAKSİYA
10 İyun 2025 13:19
Baxış sayı:211
Bu xəbər 14 Sentyabr 2026 09:28 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları