Rusiyada “16 yaşında hamilə” formatında realiti şounun bağlanması tələb olunur
Icma.az, Sherg.az portalına istinadən məlumat yayır.
Rusiyada vətəndaşlar “16 yaşında hamilə” formatında yayımlanan realiti-şounun qadağan edilməsini tələb edirlər.
Sherg.az xəbər verir ki, bu barədə Rusiya İctimai Palatasının Ailə məsələləri üzrə komissiyasının sədri Sergey Rıbalko TASS-a açıqlamasında bildirib.
Onun sözlərinə görə, verilişin qadağan olunması ilə bağlı valideynlərdən müraciətlər daxil olur.
Rıbalko qeyd edib ki, şounun yaradıcıları ailənin və hamiləliyin qorunmasını əsas məqsəd kimi təqdim etsələr də, verilişdə erkən cinsi münasibətlərə geniş yer verilir.
O hesab edir ki, bu məzmun dolayı yolla erkən cinsi münasibətləri təbliğ edir.
Qeyd edək ki, Dövlət Dumasının deputatı Nina Ostanina da daha əvvəl verilişin qadağan edilməsini təklif edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 25 Noyabr 2026 10:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















