Icma.az
close
up
RU
“AzərEnerji” ağacəkmə və anım tədbiri keçirdi Fotolar

“AzərEnerji” ağacəkmə və anım tədbiri keçirdi Fotolar

Icma.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.

Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar “AzərEnerji” ASC tərəfindən Bakıda və regionlarda tədbirlər təşkil olunub.

“Qafqazinfo” xəbər verir ki, tədbirlər çərçivəsində ilk olaraq Xocalı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə Ağdaş rayonunda inşa edilən Batareya Enerji Saxlanc Sistemlərinin ərazisində ağacəkmə aksiyası keçirilib.

Qeyd olunub ki, hazırda Abşeron və Ağdaş rayonlarında ölkə tarixində ilk dəfə olaraq, ümumilikdə MDB məkanında ən iri Batareya Enerji Saxlanc Mərkəzləri tikilir və ağacəkmə aksiyasının məhz bu ərazidə keçirilməsi Xocalı qurbanlarının xatirəsinə ehtiramın ifadəsi kimi qiymətləndirilir.

Daha sonra qurumun mərkəzi inzibati binasında anım mərasimi təşkil edilib. Tədbirdə Xocalı faciəsindən ötən 34 ili əhatə edən sənədli film nümayiş olunub.

Tədbirdə çıxış edən “AzərEnerji” ASC-nin sədri Baba Rzayev Xocalı soyqırımının xalqımızın yaddaşına heç zaman unudulmayan bir tarix səhifəsi olduğunu bildirərək qeyd edib ki, 2023-cü il sentyabrında Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində Xocalıda da düşməndən təmizləndi.

Baba Rzayevin sözlərinə görə bu gün Xocalı da daxil olmaqla bütün işğaldan azad olunan ərazilərdə Azərbaycan işığı yanır: “Özü də həmin işıq məhz azad edilən ərazilərdəki çayların üzərində yaradılan Su Elektrik Stansiyalarında istehsal edilən “yaşıl enerji” hesabına həyata keçirilir.  Bu gün artıq Xocalı sakinləri işğaldan azad edilmiş doğma yurd-yuvalarına, Vətənlərinə  geri qayıdırlar”.

Tədbirdə çıxış edən digər natiqlər də Xocalı faciəsinin miqyasından, qüdrətlənən Azərbaycan Dövlətinin şəhidlərin qanını yerdə qoymamasından danışıblar.




Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 26 Fevral 2026 13:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see367

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see281

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see279

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see275

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see275

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see269

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see267

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see249

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see245

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see240

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see240

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see237

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see232

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see218

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see212

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see212

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see209

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see191

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see182

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri