Icma.az
close
up
RU
“AzərEnerji” “İşığın qayıdışı” adlı zəfər tədbiri keçirdi Video

“AzərEnerji” “İşığın qayıdışı” adlı zəfər tədbiri keçirdi Video

Qafqazinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“AzərEnerji” ASC Böyük Zəfərin 5 illiyi münasibətilə respublikanın bir sıra bölgələrində — Mingəçevir, Naxçıvan, Qarabağ və digər ərazilərdə silsilə tədbirlər təşkil edib, şəhidlərin məzarı ziyarət olunub. 

“Qafqazinfo” xəbər verir ki, zəfər ruhunu əks etdirən bu tədbirlərin əsas mərhələsi Səhmdar Cəmiyyətin Baş İdarəetmə Kompleksində yerləşən 500 nəfərlik Energetiklərin Mədəniyyət Mərkəzində baş tutub.

Tədbir Dövlət Himninin səsləndirilməsi, ulu öndər Heydər Əliyevin və Vətən uğrunda canından keçmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla anılması ilə başlayıb. Ardınca Prezident İlham Əliyevin tapşırığı əsasında “AzərEnerji” tərəfindən azad edilən ərazilərdə son beş ildə görülən işlərə həsr olunmuş “İşığın qayıdışı” filmi nümayiş olunub.

“AzərEnerji” ASC-nin sədri Baba Rzayev tədbirdə çıxış edərək Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi Zəfərin əhəmiyyətindən danışıb. O vurğulayıb ki, 44 günlük Vətən müharibəsində Azərbaycanın otuz ilə yaxın işğal altında olan torpaqlarını azad etməsi, Şuşada üçrəngli bayrağımızın dalğalanması xalqımızın ən şanlı tarix səhifələrindən biridir: “Böyük Zəfərdən keçən 5 il ərzində görülən quruculuq işləri aparılıb. Cənab Prezidentin tapşırığı ilə “AzərEnerji” ASC də bu müqəddəs missiyada iştirak edib. Müharibə bitdikdən sonra Cənab Prezidentin energetiklərə verdiyi tapşırıq, dəqiq və aydın idi – azad edilən əraziləri ən qısa zamanda enerji ilə təmin etmək və bu torpaqları 100 faiz “yaşıl enerji” zonasına çevirmək. Bu gün artıq bütün azad edilmiş rayonlarda Azərbaycan işığı yanır. Cəmi beş il ərzində “AzərEnerji” tərəfindən 12 yerdə 330 və 110 kilovoltluq yarımstansiyalar inşa edilib, 1000 kilometrdən çox ötürmə xətti çəkilib, bölgənin dairəvi enerji təchizatı sistemi qurulub. Bundan əlavə, rəqəmsal idarəetmə mərkəzləri yaradılıb və müasir innovativ texnologiyalar tətbiq olunub”.

Baba Rzayevin sözlərinə görə ölkə başçısının tapşırığı ilə Qarabağ və Şərqi Zəngəzurda ümumi gücü 307 meqavat olan 38 su elektrik stansiyası tikilib: “Onların sırasında 42 meqavatlıq “Zəngilan SES”-lər silsiləsi və 22,5 meqavatlıq “Yuxarı Vəng” SES kimi strateji obyektlər də yer alır. Bu stansiyalardan 14-ü Kəlbəcərdə, 11-i Laçında, 9-u Ağdərədə, 4-ü isə Zəngilanda yerləşir”.

Baba Rzayev bildirib ki, hazırda bölgənin enerji tələbatı tam şəkildə bu stansiyalarda istehsal olunan “yaşıl enerji” vasitəsilə ödənilir və istehsal olunan enerjinin artıq qalan 60 faizi ölkənin ümumi enerji sisteminə ötürülür: “Bu ərazilərdə istehsal olunan “yaşıl enerji”nin maya dəyəri digər stansiyalarla müqayisədə 3–5 dəfə aşağıdır.

Beş il ərzində bu stansiyalarda 1,5 milyard kilovat-saat elektrik enerjisi istehsal edilib, nəticədə 335 milyon kubmetr təbii qaza qənaət olunub, 620 min ton karbon qazının atmosferə atılmasının qarşısı alınıb. Ümumilikdə, azad edilmiş ərazilərdə 50-dən çox enerji obyekti – 12 yarımstansiya və 38 su elektrik stansiyası inşa edilib, daha 8 yeni stansiyanın tikintisinə başlanılıb”.

Tədbirdə çıxış edən digər qonaqlar Böyük Zəfərin və onun ardınca həyata keçirilən bərpa prosesinin dövlətimizin qüdrətini və xalqımızın birliyini göstərdiyini vurğulayıblar.

Sonda 44 günlük Vətən müharibəsində qəhrəmanlıq göstərmiş “AzərEnerji” əməkdaşlarına hədiyyələr təqdim olunub, tədbir bayram konserti ilə başa çatıb.
Qeyd edək ki, “AzərEnerji”də çalışan 700-dən artıq şəhid ailələri, qazilər, birinci və ikinci Qarabağ mügaribələrində iştirak edən əməkdaşlara Səhmdar Cəmiyyət tərəfindən pul mükafatı verilib.







Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:210
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 07 Noyabr 2025 17:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri