“Azərenerji” və TEİAŞ arasında Əməliyyat Müqaviləsi imzalanıb FOTO
Sia Az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Naxçıvandan Türkiyəyə elektrik enerjisinin ixrac imkanlarını artırmaq məqsədilə “Azərenerji” ASC ilə Türkiyənin Elektrik Ötürülməsi Anonim Şirkəti (TEİAŞ) arasında Əməliyyat Müqaviləsi imzalanıb. SİA xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
Nazir bildirib ki, Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar ilə birgə strateji əhəmiyyətli enerji təhlükəsizliyi layihələri üzrə əməkdaşlığı dəyərləndirib.
O qeyd edib ki, Cənub Qaz Dəhlizi, Naxçıvan-Türkiyə Enerji Transmissiyası və Azərbaycan, Gürcüstan, Türkiyə və Bolqarıstan Yaşıl Enerji Dəhlizi layihələrinin inkişafı ilə bağlı məsələlər müzakirə edilib.
Baxış sayı:123
Bu xəbər 04 Aprel 2025 13:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















