“AzerGold” Zəfər Günü münasibətilə Daşkəsəndə Vətən müharibəsi şəhidlərinin ailələrini və qaziləri ziyarət edib
Icma.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“AzerGold” QSC tərəfindən 8 Noyabr – Zəfər Günü münasibətilə Daşkəsən rayonunda qeydiyyatda olan Vətən müharibəsi şəhidlərinin ailələri və qazilər ziyarət edilib.
Qurumun Mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, ziyarətin məqsədi müstəqil dövlətimizin ərazi bütövlüyü uğrunda şəhid olanların ailələrinin və sağlamlığını itirmiş vətəndaşlarımızın daim diqqətdə saxlanılması, onların rifah halının yaxşılaşdırılması istiqamətində dövlətimizin yürütdüyü siyasətə əlavə töhfə verməkdir. Zəfər Günü ərəfəsində təşkil edilən ziyarət zamanı şəhid ailələri və qazilərə müxtəlif ərzaq məhsullarından ibarət bağlamalar təqdim edilib, şəhidlərimizin xatirəsi dərin hörmət və ehtiramla yad edilib.
Qeyd edək ki, “AzerGold” QSC-nin Sosial təsir və məsuliyyət üzrə siyasəti çərçivəsində mütəmadi icra edilən bu tip aksiyalar sosial-iqtisadi yönümlü dövlət proqramlarına dəstək xarakteri daşımaqla, QSC-nin aktiv hasilat və istehsalat fəaliyyəti göstərdiyi bölgədə yaşayan vətəndaşların hərtərəfli qayğı ilə əhatələnməsinə xidmət edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 08 Noyabr 2024 17:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















