DGKAnın kollektivi və tələbələri Zəfər Günü münasibətilə Vətən müharibəsi şəhidlərinin xatirəsini yad ediblər
Xalqcebhesi portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Dövlət Gömrük Komitəsinin Akademiyasının rəhbərliyi, əməkdaşları və tələbələri Zəfər Günü münasibətilə Sabunçu rayonu Maştağa qəsəbəsində Vətən müharibəsi şəhidlərinin məzarlarını ziyarət edərək önlərinə gül dəstələri düzüb, ruhlarına dualar oxuyub, əziz xatirələrini dərin ehtiramla yad ediblər.
Eyni zamanda Sabunçu rayonunda yaşayan I Qarabağ müharibəsinin şəhidləri Həmidov Faiz Fariz oğlu, Hacıyev Tahir Firuz oğlu, Mirəliyev Mirəli Vaqif oğlu, II Qarabağ müharibəsinin şəhidləri Abdullazadə Həsənağa Şakir oğlu və Vətən müharibəsi qəhrəmanı Mansurov Elçin Elşən oğlunun ailələri ilə görüşərək onların bayramlarını təbrik ediblər.
Akademiyanın rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov və əməkdaşlar şəhidlərin canı, qanı bahasına qazanılan Zəfərimizin gələcək nəsillərə örnək olduğunu vurğulayaraq tarixi qələbənin qazanılmasında şücaət və qəhrəmanlıq göstərərək canından keçən bütün şəhidlərimizə rəhmət, qazilərimizə isə şəfa diləyiblər.
Cənnətdəki bayramınız mübarək, qəhrəman şəhidlərimiz!
Cavid
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 08 Noyabr 2024 14:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















