“AzerGold”un İdarə Heyətinin sədri 3cü “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb AZƏRTAC
Icma.az, Azertag saytına istinadən bildirir.
Bakı, 18 noyabr, AZƏRTAC
“AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov 3-cü “Yüksəliş” müsabiqəsinin Mentorluq proqramı çərçivəsində layihə qaliblərindən biri olan Vüqar Mamedov ilə növbəti görüşünü keçirib.
QSC-dən AZƏRTAC-a bildirilib ki, görüşdə Zakir İbrahimov müsabiqə qalibi ilə kadrların və vaxtın idarə edilməsi, iş və həyat balansı, emosional zəka, fors-major hallarda effektiv qərar qəbuletmə ilə çevikliyin təmin olunması mövzuları ətrafında müzakirələr aparıb.
İdarə Heyətinin sədri, həmçinin məhdud maliyyə və insan resurslarından istifadənin effektiv planlaşdırması və prioritetləşdirməsi istiqamətində təcrübəsini bölüşüb, müsabiqə qalibinə müvafiq tapşırıq və tövsiyələrini verib.
Müsabiqə qalibinin 1 illik fərdi inkişaf planına uyğun olaraq idarəetmə sahəsində nəzəri biliklərlə yanaşı, real iş mühitində təcrübə toplayaraq müvafiq sahədə bacarıqlarını artırması üçün işgüzar görüşlərə cəlb edilməsi nəzərdə tutulub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 18 Noyabr 2024 17:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















