“Azeri Light” bu gün neçəyə satılır?
Qafqazinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb.
“Qafqazinfo” xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 2,13 ABŞ dolları və ya 3% artaraq 73,64 ABŞ dolları təşkil edib.
Qeyd edək ki, ötən gün neftimiz 71,51 ABŞ dollarına ticarət edilib.
Xatırladaq ki, “Azeri Light”ın ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları qeydə alınıb.
Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.

Azeri Light neçəyə satılır?
08 Yanvar 2025 10:05
“Azeri Light” bu gün neçəyə satılır?
20 Mart 2025 12:05

