Icma.az
close
up
RU
“Azəriqaz”ın sayğaclarını istehsal edən zavoddan REPORTAJ FOTOLAR

“Azəriqaz”ın sayğaclarını istehsal edən zavoddan REPORTAJ FOTOLAR

Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.

SOCAR “Azəriqaz” İstehsal Birliyinin “Gəncə Cihazqayırma Zavodu”na təşkil etdiyi mediaturda Redaktor.az-ın əməkdaşı da iştirak edib. Əməkdaşımızın “Gəncə Cihazqayırma Zavodu”ndan hazırladığı reportajı təqdim edirik:

Açığı uzun müddət idi ki, hansısa bir qurumun mediaturunda iştirak etmirdim. Amma buna ehtiyac olduğunu çoxdan anlamışdım. Çünki hər gün kompüterin qarşısında oturmaq da adamı dəhşət yorur. Rəhbərlik tərəfindən  “Azəriqaz”ın Gəncədə sayğaclarını hazırlayan zavodun istehsal prosesi ilə tanış olmaq üçün ora getməli olduğumu deyəndə biləndə bir az təəccübləndim. Doğrudanmı ölkəmizdə belə zavod var?! Ona görə də SOCAR “Azəriqaz” İstehsal Birliyinin “Gəncə Cihazqayırma Zavodu”na təşkil etdiyi mediatur çərçivəsində Gəncə şəhərinə yola düşdük. Bu mənim Gəncəyə ikinci səfərim olsa da, əvvəlkindən çox maraqlı keçəcəyinə inanırdım.

Məlum oldu ki, məişət tipli qaz sayaclarının yerli istehsalın hesabına təmin olunması məqsədi ilə 2021-ci ilin noyabr ayının 4-də SOCAR “Azəriqaz” İstehsalat Birliyi ilə “Gəncə Cihazqayırmaq Zavodu” Açıq Səhmdar Cəmiyyəti (ASC) arasında memorandum imzalanıb. Memorandum çərçivəsində ilkin olaraq 2000 ədəd qaz sayğacı “Azəriqaz” İB-yə təqdim edilib.

“Azəriqaz” İB ilə “Gəncə Cihazqayırmaq Zavodu” ASC arasında əməkdaşlıq çərçivəsində isə bunlar nəzərdə tutulub:

- Sayğaclara olan tələbatın ödənilməsi üçün SOCAR-ın idaxldan asılılığının azalması; Yəni qaz sayğaclarının alqı-satqısının yerli istehsalla həyata keçirilməsi;

- Yerli sahibkarlığın inkişafına dəstəyin verilməsi;

- Xarici valyutanın ölkədən kənara çıxmasının qarşısının alınması;

- Şəffaflığın təmin edilməsi;

- Qaz sayğaclarının təmiri və servis xidməti ilə bağlı məsələlərin asanlaşdırılması və ucuzlaşdırılmasının təmin edilməsi;

 

Təbbi ki, bölgələrdə yeni iş yerlərinin açılması prioritet məsələlərdəndir. “Gəncə Cihazqayırmaq Zavodu”yla tanışlığımız zamanı dəzgah arxasında kişilərlə yanaşı, zərif cinsin nümayəndələrini görəndə həm təəccübləndik, həm də sevindik ki, onlar da işlə təmin olunurlar. Zavod rəhbərliyi ilə apardığımız söhbət zamanı məlum oldu ki, hazırda zavoda 270 nəfər civarında işçi çalışır, amma hər dəfə yeni dəzgahlar gətirildikcə işçilərin də sayə artacaq. Hətta söhbət zamanı onu da öyrəndik ki, bir neçə oğlan və qız elə burda iş yerində tanış olub, ailə qurublar, övlad böyüdürlər, əl-ələ verib torpaq alıb, ev tikiblər. Geniş ərazisi olan zavodda hamı iş başındaydı. İşçilərə rəhbərlik tərəfindən pulsuz nahar və iki dəfə çay verildiyi deyildi. Novruz bayramında bayram bazarlıqları, Qurban bayramında qurbanlıq ətləri rəhbərlik tərəfindən hər il onlara verilir.

Bildirildi ki, sayğac istehalında istifadə olunan bütün detallar elə zavodda hazırlanır. Qaz sayğaclarının istehsalı zamanı hansısa hissə ölkəyə gətirilsə də, su sayğaclarının hər bir detalı elə bu zavodda hazırlanır, yəni zavoddan kənarda düzəlmir. Zavodun 2022-ci ildən istehsal etdiyi su sayğacları isə Qazaxıstan, Özbəkistan, Gürcüstan və Rusiya kimi ölkələrə ixrac olunur.

Zavodun baş mühəndisinin müavini Vasif Rəhimov bizimlə söhbəti zamanı bildirdi ki, zavodda ildə 500 minə yaxın qaz sayğacı istehsal olunur. İlk fəaliyyətə başladığı dövrlərdə isə zavodda istehsal gücü 300 min ədəd olub. Hətta bu istiqamətdə çalışacaq mütəxəsisslər də zavod daxilində yetişdirilir.

“Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Eldəniz Vəliyev bizimlə söhbəti zamanı bildirdi ki, zavodun istehsal etdiyi sayğaclar Bakı və Abşeron daxil olmaqla, ölkənin istənilən regionunda quraşdırılır. Beynəlxalq standartlara uyğun istehsal olunan sayğaclara tələbatın artması isə istisna edilmir. Zavodun istehsal gücünün artması isə ölkədə işsizlik probleminin qarşısının alınmasına təkan verəcək.

Vasif ƏLİHÜSEYN

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:148
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 26 May 2025 10:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see249

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see189

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see175

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see173

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see173

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see166

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see160

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see159

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see142

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see142

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see140

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see139

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see137

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see135

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see134

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri