Icma.az
close
up
RU
Azəriqaz la bağlı ŞOK MƏLUMATLAR Azər Məmmədovun idarəetmədən xəbəri yoxdu

Azəriqaz la bağlı ŞOK MƏLUMATLAR Azər Məmmədovun idarəetmədən xəbəri yoxdu

Sitat.info saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycanda haqqında ən çox müzakirə aparılan, şikayətlər səsləndirilən dövlət qurumlarından biri də "Azəriqaz"dır. İstər mənzillərə verilən qazın keyfiyyəti, istər sənədsiz evlərə qaz xəttinin çəkilməsi və sayğacla təmin olunması ilə bağlı qoyulan məhdudiyyət, istərsə də "Azəriqaz"da işçilərin əmək şəraiti ilə bağlı problemlər zaman-zaman gündəmə gəlir. 

Bu qurumun fəaliyyəti ilə bağlı aparılan  bir çox araşdırmaların və hesabatların müəllifi, Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı Sitat.info-ya açıqlamasında ilk növbədə Azəriqaz-da çalışanların narazı olduğu məsələləri dilə gətirdi: "Azəriqaz" ASC kimi Azərbaycanda insan hüquqlarını pozan bir qurum yoxdur. Bu həm işçilərlə, həm də əhaliyə ximətlə bağlı müşahidə olunur. Uzun illərdir ki, apardığım monitorinqlər bunu sübut edir. Hər gün təmasda olduğum insanlar və yazılan ərizələr var.

Əvvəla onu deyim ki, "Çağrı Mərkəzi"ni  2024-cü ilin sonunda yenidən bir hay-küylə yaratdılar. Bildirdilər ki, təkminləşdirilib, yeni avanlıqlar gətirilib. Nə bu avadanlıqları görmüşük, nə də  işçilərə münasibəti normal deyil. Hazırda bir türk vətəndaşı da oraya rəhbəlik edir. Bir məsələni bildirim ki, ümumiyyətlə, Türkiyədən gəlib  Azərbaycanda fəaliyyət göstərən şirkətlərin bəzi hallarda ölkə qanunvericiliyini pozduqlarını müşahidə etmişəm. Çağrı Mərkəzindən daha çox şikayət ünvanlayıblar. İşçilər yazılı  şəkildə onlara qarşı münasibətin normal olmadığı ilə bağlı müraciət ediblər,  ancaq qanunvericilik baxımından  izah edə bilmirlər. isal üçün şikayət etdilər ki, onları çox sıxırlar, incidirlər, bəzən yersiz izahatlar alırlar. Ancaq bu işçilər sonradan qorxduqları üçün geri çəkildilər, geniş məlumat vermədilər".

QHT sədrinin toxunduğu digər bir məsələ işlərin ixtisarı ilə bağlı oldu: "2024-cü ilin sonunda Çağrı Mərkəzi yaradılanda əvvəldən orada işləyənlərdən əksəriyyəti  ixtisara salındı, onlar işlə də təmin edilməyiblər. Bildiyim qədər işçiləri ixtisara salan türk rəhbər deyil, "Azəriqaz İB -yə təyin olunan  Azər Məmmədovdur.  Sonradan üç müavin də gəldi, yəqin onlar da  ixtisarların aparılmasına kömək üçün gəliblər. Yerli işçilər çıxarıldıqdan sonra Çağrı Mərkəzinə gətirilən şəxsə 20 min manat əmək haqqı verilib. Mən sonradan dəqiqləşdirmə apardım. Aydın oldu ki, gündəlik ezamiyyət pulu 450 manatdır. Bu qədər pul nəyə görə verilir?   Doğrudanmı bu qədər adamı ixtisara salmaq lazımdır? Anlaya bilmirəm, bizim ölkədə bu sahə üzrə mütəxəssis yox idi? Yəni, o qədər savadsızdırlar? 

Keçən ildən bəri Çağrı Mərkəzinin işində hər hansı irəliləyiş də hiss olunmur. Mərkəzlə bağlı çoxsaylı şikayətlər var ki, zənglərə cavab vermirlər. Çeviklik yoxdur, dəyişikiliyin nə nəticə verdiyi hiss olunmur.  Əvvəlki ilə heç bir fərqi yoxdur.  Bəs, bu qədər avadanlıqlar gətirildi, xarici mütəxəssislər gətirildi, niyə faydası olmadı? Bu sualın cavabı yəqin Azər Məmmədovdadır. Yəqin ki, "Azəriqaz" ın rəhbəri Azər Məmmədovun bu sahə üzrə təcrübəsi yoxdur. Bilmək istərdim ki, bu şəxsin rəhbər kimi təcrübəsi varmı? Bilirəm ki, Gürcüstanda işləyib".

M.Qəhrəmanlı sənədsiz evlərin qaz sayğacları ilə təmin olunması məsələsində müəyyən qanunsuzluqlara yol verildiyini də qeyd etdi. 

Onun sözlərinə görə, sənədsiz evlərin çoxu sayğacla da təmin olunub, hətta abonentlə müqavilə də bağlayırlar: "Sayğac qoyulur, amma müəyyən bir "şərtlər"  çərçivəsində... Məbləğ isə elə də az deyil. Sənəndsiz evlərə həmişə qaz verilib. Əksəriyyətinin İcra Hakimiyyətindən  texniki pasportu var, həmin evlərə niyə sayğacla təmin olunmasın ki... İstəyirlər ki, vətəndaş xeyli xərc çəksin,  "müxtəlif yollarla" evinə qaz çəkdirsin. Görünür "Azəriqaz" sistemində kiminsə bu işdə marağı var ki, sənədsiz evlərə sayğac qoyulmasını qadağan ediblər. Bu məsələ parlamentdə də qaldırılmalıdır. Niyə sənədsiz evlərin qeydiyyatı aparılmır? Məqsədi ilk növbədə özləri aydınlaşdırılmalıdırlar.

Prezidentin çıxışında dəfələrlə sənədsiz evlərin sənədləşdirilməsi ilə bağlı tapşırıqlar verdiyini eşitmişik. Bu mövzu mətbuatın da gündəmindən düşmür. Sənədsiz evləri qazla, işıqla təmin etmək bir  korrupsiya mənbəyidir".

M.Qəhrəmanlı təklif edir ki,  "Azəriqaz" Dövlət Neft Şirkətinin tərkibindən çıxarılsın: "Hasilat və satış  bir əldə cəmləşə bilməz. Xaricdə olduğu kimi rəqabət olmalıdır. "Azəriqaz"da heç vaxt şəffaflıq olmayıb, bunu biz görməyəcəyik. Heç açıqlamalarını da görmürük. Keçmiş rəhbər Ruslan Əliyev ən azından mətbuata danışırdı. Azər Məmmədovun isə ümumiyyətlə idarəetmədən xəbəri yoxdu.

Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini dərd etməyə hazırıq.

Məğrur Salmanov,

Sitat.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:67
embedMənbə:https://sitat.info
archiveBu xəbər 17 Dekabr 2025 14:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see278

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see277

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see260

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see244

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see236

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see223

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see219

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see195

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see193

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see187

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see184

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see183

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see169

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see159

Fermada keçən uşaqlıq: Cəlilabadda dörd qardaş məktəb üzü görmür

30 Yanvar 2026 00:41see150

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see149

Məhəmmədəliyev: “Heyətdə 11 azərbaycanlının olması üçün uşaq futboluna investisiya qoymalıyıq”

30 Yanvar 2026 02:58see147

Hakan fidan: Müharibə davam edərsə, Türkiyə İsraillə ticarətə başlamayacaq

30 Yanvar 2026 02:27see140

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see140

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri