“Azərişıq”ın sədri Dubay Elektrik və Su İdarəsinin sədri ilə görüşüb
Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov və BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə əlaqədar ölkəmizə səfər edən Dubay Elektrik və Su İdarəsinin (DEWA) sədri Səid Məhəmməd Əl Təyyar arasında görüş keçirilib.
Modern.az xəbər verir ki, görüş zamanı “Azərişıq” ASC ilə Dubay Elektrik və Su İdarəsi arasında elektrik sektorunda əməkdaşlığın inkişaf perpsektivləri müzakirə olunub. Bildirilib ki, qurumlar arasında yaranacaq bu əməkdaşlıq gələcəkdə hər iki ölkənin enerji təchizatının xüsusilə də, yaşıl enerjiyə keçidin sürətlə inkişaf etdirilməsinə xidmət edəcək.
Tərəflər arasında baş tutan işgüzar görüşdə həmçinin “Azərişıq” ASC-nin paytaxtda, regionlarda, o cümlədən işğaldan azad olunmuş ərazilərdə həyata keçirdiyi yenidənqurma işləri, gələcək layihələr barədə məlumat verilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:135
Bu xəbər 15 Noyabr 2024 13:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















