“Azərpoçt”dan vətəndaşlara növbəti XƏBƏRDARLIQ Bu keçidlərə daxil olmayın!
Avtosfer saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Elektron Təhlükəsizlik Xidməti “Azərpoçt” MMC-nin adından həyata keçirilən dələduzluqlarla bağlı vətəndaşlara növbəti xəbərdarlıq edib.
Avtosfer.az Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin yaydığı məlumata istinadən (ETX) xəbər verir ki, müxtəlif xarici nömrələr vasitəsilə vətəndaşlara mesajlar göndərilərək ünvan məlumatlarının düzgün olmaması səbəbindən paketinin çatdırılmadığı və məlumatları yeniləmək üçün saxta keçidə daxil olmaları bildirilir. Həmin keçidlərdə vətəndaşların bank kartı və digər fərdi məlumatlarını ələ keçirmək üçün xüsusi bölmələr yaradılıb.
“Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara naməlum mənbələrdən gələn mesajların tərkibindəki keçidlərə daxil olmamağı, bank kartı və digər fərdi məlumatlarını qarşı tərəfə ötürməməyi, rəsmi məlumatları yalnız müvafiq qurumun özündən dəqiqləşdirməyi tövsiyə edir” , - deyə ETX-nin məlumatında qeyd olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 27 Yanvar 2025 19:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















