Icma.az
close
up
RU
“Azərsun Holdinq” milli mətbuatın 150 illiyi münasibəti ilə təqvim dəsti nəşr etdirib

“Azərsun Holdinq” milli mətbuatın 150 illiyi münasibəti ilə təqvim dəsti nəşr etdirib

Lent az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Artıq neçə ildir ki, təqvim layihəsini  müxtəlif mövzularda dərc edən şirkətlər qrupu 2025-ci ildə milli mətbuatın 150 illiyini qeyd etmək məqsədi ilə builki layihəni mətbuat tarixinə həsr edib. “Hər söz bir iz, hər sətir bir irs!” başlığı altında çap olunan təqvim dəstinin hər ayı mətbuatımızın tarixində xüsusi yeri olan mətbu orqanlarından və onların redaktorlarından bəhs edir. “Əkinçi” ilə başlayan, “Molla Nəsrəddin”, “Şərqi Rus”, “Füyuzat”, “Kaspi”, “Dəbistan”, “Lək-lək”, “Hümmət” və “Açıq söz” ilə davam edən təqvim “Həyat” qəzeti ilə sonlanır.

“Azərsun Holdinq”in Müşahidə Şurasının sədri Abdolbari Gozalın təşəbbüsü ilə ərsəyə gələn layihə şirkətlər qrupunun mətbuata olan diqqət və həssaslığının göstəricisidir. Belə ki, təqvimin ön sözündə fikirləri qeyd olunan şirkət rəhbəri cəmiyyətin güclü, müstəqil bir xalqa çevrilməsində mətbuatın böyük rolu olduğunu vurğulayıb.

Təqvim üçün həmçinin Mətbuat Şurasının sədri Rəşad Məcidin də rəyi alınıb. Sədr təqvim layihəsini yüksək qiymətləndirərək, il boyu vərəqlənəcəyini və bu vəsilə ilə də hər ay mətbuatımızın inkişafında xüsusi yeri və rolu olan görkəmli şəxsiyyətlərin daim xatırlanacağını qeyd edib.

Qeyd edək ki, “Azərsun Holdinq”in sosial layihələrindən olan təqvim layihəsi bundan əvvəl də  44 günlük müharibədəki qələbimizə, ümummilli lider Heydər Əliyevin 100 illiyinə, Azərbaycan Rəngkarlıq tarixinə, Azərbaycan ədəbiyyatına həsr olunub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:175
embedMənbə:https://lent.az
archiveBu xəbər 15 Yanvar 2025 14:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see277

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see215

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see200

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see189

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see179

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see166

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see159

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see154

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see153

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see153

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see153

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see150

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see148

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see146

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see145

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see142

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see141

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see140

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see134

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri