Icma.az
close
up
RU
“Azərsun Holdinq”in təşəbbüsü ilə milli mətbuatın 150 illiyinə həsr edilmiş sayt hazırlanıb

“Azərsun Holdinq”in təşəbbüsü ilə milli mətbuatın 150 illiyinə həsr edilmiş sayt hazırlanıb

Apa.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Milli mətbuatın 150 illiyi ilə əlaqədar müxtəlif layihələr reallaşdıran “Azərsun Holdinq” bu mövzuda sayt hazırladıb. İlin əvvəlində təqdim edilmiş təqvim dəsti çərçivəsində həyata keçirilən layihə Azərbaycanın mətbuat tarixinin müxtəlif dövrlərinə işıq tutaraq, mətbu orqanlarının inkişafı və cəmiyyətə verdiyi töhfələr barədə ətraflı məlumatları oxuculara təqdim edir. Təqvim üzərindəki QR kodunu skan etməklə, hər kəs asanlıqla bu sayta daxil ola və orada adları qeyd olunan mətbuat orqanları haqqında məlumat əldə edə bilər. Saytda, həmçinin həmin mətbu orqanlarının nəşrində müstəsna rolu olan görkəmli şəxsiyyətlər, publisistlərlə bağlı qısa məlumatlar da mövcuddur.

Təqvim “Əkinçi” qəzeti ilə başlayaraq, Azərbaycanın mühüm mətbuat orqanlarını sırasıyla təqdim edir. “Molla Nəsrəddin”, “Şərqi Rus”, “Füyuzat”, “Kaspi”, “Dəbistan”, “Lək-lək”, “Hümmət”, “Açıq söz” və ən sonda “Həyat” qəzeti ilə tamamlanır.

Bu təqvim layihəsi “Azərsun Holdinq”in qurucusu Abdolbari Gozalın təşəbbüsü ilə həyata keçirilib.

Əvvəlki illərdə də “Azərsun Holdinq” sosial layihələri çərçivəsində müxtəlif mövzulara həsr olunmuş təqvim dəstlərini ictimaiyyətə təqdim edib. Bu layihələr arasında 44 günlük Vətən müharibəsindəki möhtəşəm qələbəmizə, ümummilli lider Heydər Əliyevin 100 illiyinə, Azərbaycan rəngkarlıq sənətinin inkişafına, habelə Azərbaycan ədəbiyyatının zəngin ənənələrinə həsr olunmuş təqvimlər xüsusi yer tutur. Bu təqvim dəstləri, həm də Azərbaycanın mədəni və tarixi irsinin qorunub saxlanmasında mühüm rol oynayır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://apa.az
archiveBu xəbər 24 Fevral 2025 13:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see260

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see257

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see246

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see241

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see227

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see216

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see205

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see193

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see192

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see183

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see180

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see168

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see168

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see164

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see155

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see154

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see154

Hansı ölkədə nazirlərin maaşı çoxdur: Gürcüstanda, yoxsa Azərbaycanda?

21 Yanvar 2026 17:13see152

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri