Icma.az
close
up
RU
AZƏRTAC və Vyetnamın VNA agentliyi yeni tərəfdaşlıq müqaviləsi imzalayıb

AZƏRTAC və Vyetnamın VNA agentliyi yeni tərəfdaşlıq müqaviləsi imzalayıb

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 8 may, AZƏRTAC

Xəbər verildiyi kimi, mayın 7-də Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) ilə Vyetnam Xəbər Agentliyi (VNA) arasında yeni əməkdaşlıq müqaviləsi imzalanıb. Müqavilə mayın 8-də AZƏRTAC-da keçirilən görüşdə mübadilə olunub.

AZƏRTAC-ın İdarə Heyətinin sədri Vüqar Əliyevin Vyetnamın Bakıda səfərdə olan VNA xəbər agentliyinin Baş direktoru xanım Vu Viet Trang ilə görüşündə agentliklərin əməkdaşlıq perspektivləri müzakirə edilib.

Azərbaycan və Vyetnam əlaqələrinin müxtəlif istiqamətlərdə inkişaf etdiyini deyən Vüqar Əliyev informasiya sahəsində də münasibətlərin yüksələn xətlə davam etdiyini diqqətə çatdırıb. Bildirib ki, AZƏRTAC və VNA uzun illərdir uğurla əməkdaşlıq edir və imzalanan yeni müqavilə bu münasibətləri daha da intensivləşdirəcək, agentliklər arasında informasiya mübadiləsi daha da genişlənəcək.

Qeyd olunub ki, bu il 105 illiyini qeyd edən AZƏRTAC dəyişən informasiya və texnologiya mühitində tərəfdaşları ilə həm xəbər, həm də kadr mübadiləsi sahələrinə diqqəti artırıb. Agentlik 8 dildə xəbər, 5 dildə videoinformasiya istehsal edərək öz kanalları ilə yayır. Eyni zamanda, sosial media və informasiya texnologiyalarındakı yeniliklər Agentliyin fəaliyyətində mütləq şəkildə nəzərə alınır. Məlumat verilib ki, dərin tarixi kökləri olan Azərbaycan mətbuatı bu il 150 illiyini qeyd edəcək. Vyetnam agentliyinin Baş direktoru 2025-ci ilin iyulunda keçiriləcək Şuşa Qlobal Media Forumuna dəvət edilib.

VNA-nın rəhbəri Vu Viet Trang rəqəmsallaşan medianın özünəməxsusluğunu xüsusi vurğulayaraq, belə bir zamanda qarşılıqlı əməkdaşlığın hər iki tərəfə faydalı olacağını söyləyib. Yeni müqavilənin xəbərlə yanaşı, foto və video mübadiləsini də ehtiva etdiyini deyən qonaq bununla ölkələrimiz barədə daha dolğun və dürüst məlumatların yayılacağına əminliyini ifadə edib. VNA-nın bu il 80 illiyinin qeyd ediləcəyini diqqətə çatdıran Baş direktor Agentliyin multimedia məhsullarının istehsalı və süni intellektin tətbiqi sahələrindən danışıb.

Sonra sənədlərin mübadiləsi həyata keçirilib. Yeni əməkdaşlıq müqaviləsi, həmçinin birgə jurnalistika təlimlərininin keçirilməsini, informasiya texnologiyaları, rəqəmsal xidmətlər və yeni texnologiyalar sahələrində təcrübə mübadiləsini də nəzərdə tutur.

Qonaqlar AZƏRTAC-da yaradılan iş şəraiti ilə tanış olublar, onlara redaksiyaların fəaliyyəti, videoxəbər istehsalı, həmçinin muzey barədə məlumat verilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:69
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 May 2025 18:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see257

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see225

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see200

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see187

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see186

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see174

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see156

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see154

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see152

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see146

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see144

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see143

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see142

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see142

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see141

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see138

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see137

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see136

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see134

Xankəndi teatrı bərpa edilir 8 milyon sərf olunacaq

27 Dekabr 2025 19:29see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri