Icma.az
close
up
RU
“Azərtütün” ASC nin emal məntəqələri indiyədək fermerlərdən 6,7 min tondan çox yaş tütün qəbul edib

“Azərtütün” ASC nin emal məntəqələri indiyədək fermerlərdən 6,7 min tondan çox yaş tütün qəbul edib

Azertag saytına istinadən Icma.az xəbər verir.

Zaqatala, 7 avqust, Mustafa Dadaşov, AZƏRTAC

“Azərtütün” ASC ilə müqaviləsi olan respublikanın şimal-qərb rayonlarının tütünçülük təsərrüfatlarında yaş tütün yarpağının yığımı davam edir. Mövsümün əvvəlindən indiyədək cəmiyyətin Balakən, Zaqatala, Qax və Şəki rayonlarında fəaliyyət göstərən tütün istehsalı və emalı məntəqələrinə fermerlərdən 6 min 755 ton yaş tütün daxil olub.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Səhmdar Cəmiyyətdən məlumat verilib.

Bildirilib ki, builki mövsümdə cəmiyyət tərəfindən Balakən, Zaqatala, Qax, Şəki və Oğuz rayonlarında 868,7 hektar sahədə “Virciniya botaniki” növlü tütün əkilib. Bunun 446 hektarı şirkətin özünə, 422,7 hektarı isə fermerlərə məxsus sahələrdir. Tütün istehsalı ilə əlaqədar 50 fermerlə müqavilə bağlanıb.

Bu günədək emal məntəqələri Şəki rayonu üzrə istehsalçılardan 2 min 962 ton, Zaqatala rayonu üzrə 1943 ton, Qax rayonu üzrə 931 ton, Balakən rayonu üzrə 878 ton, Oğuz rayonu üzrə isə 41 ton yaş tütün kütləsi qəbul edib. Eyni zamanda, indiyədək emal məntəqələrində yaş tütündən 610,4 ton quru tütün istehsal olunaraq anbarlara yığılıb.

Hazırda bu rayonlardakı tütün istehsalı və emalı məntəqələrində, ümumilikdə, 262 tütünqurutma kamerası var. Bu kameraların üstün cəhəti odur ki, yaşıl tütün kütləsi sahələrdən birbaşa məntəqəyə gətirilir və qurudulmaq üçün kameralara qoyulur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:108
embedMənbə:https://azertag.az
archiveBu xəbər 07 Avqust 2025 17:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib

22 Sentyabr 2025 11:31see279

Azərbaycanda süni mayalanma niyə bahadır?

21 Sentyabr 2025 09:45see177

Azərbaycan və Ermənistan münsiflərinin bu addımı gündəm oldu İlk dəfə

21 Sentyabr 2025 23:08see169

“Rusiyanın Ermənistanda xüsusi qrupu fəaliyyət göstərir...” “Qurumların 70 faizdən çoxu Kremlin nəzarətindədir ”

21 Sentyabr 2025 13:04see149

Filippində iğtişaşlar: 40 a yaxın polis əməkdaşı yaralanıb

22 Sentyabr 2025 02:49see144

Tanınmış müğənnidən ŞOK AÇIQLAMA: Ayda 30 manata şərh yazırlar

21 Sentyabr 2025 13:54see140

Gənc oğlan və qızlar arasında UÇURUM Niyə biri biriləri ilə YOLA GETMİRLƏR?

21 Sentyabr 2025 14:02see139

“Dəbdə” olan xəstəlik: Gecə başlayıb gündüzü “zəhər” edir

21 Sentyabr 2025 16:00see137

Dövlət Suverenliyi Günü münasibətilə Xankəndi şəhərinə mediatur təşkil olunub FOTOLAR

21 Sentyabr 2025 10:09see136

HƏMAS dan Fələstinin tanınmasına reaksiya...

21 Sentyabr 2025 23:00see130

Xaos deyil, sərt tədbirlər olacaq Zaxarova

22 Sentyabr 2025 02:24see130

Atlantik okeanında tropik qasırğa yarandı

22 Sentyabr 2025 06:45see125

İlham Əliyev Malta Respublikasının Prezidentini təbrik edib

21 Sentyabr 2025 11:24see123

3 sultanlıq, 12 prezidentlik şahidi idi Vəfat etdi

22 Sentyabr 2025 20:20see122

Fələstindən danışan Ərdoğanın mikrofonunu söndürdülər VİDEO

23 Sentyabr 2025 01:45see121

Qızıl Top Usman Dembelenin oldu

23 Sentyabr 2025 01:06see121

Qurban Qurbanov: Bunlar işimizi bir az da asanlaşdırdı

21 Sentyabr 2025 19:28see120

Taliban lideri iqamətgahını gizli şəkildə tərk etdi Əfqanıstanda nə baş verir?

21 Sentyabr 2025 23:18see119

Rusiya Çindən pivə idxalını iki dəfədən çox artırıb...

21 Sentyabr 2025 23:19see118

Həyatı film olacaq

22 Sentyabr 2025 02:31see116
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri