“Azərtütün” tərəfindən bu günədək şimal qərb rayonlarında 725,3 hektar sahədə tütün əkilib
Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Zaqatala, 16 may, Mustafa Dadaşov, AZƏRTAC
“Azərtütün” Açıq Səhmdar Cəmiyyəti (ASC) tərəfindən Zaqatala, Balakən, Qax, Şəki və Oğuz rayonlarında bu günədək 725,3 hektar sahədə “Virciniya botaniki” növlü tütün əkilib.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Səhmdar Cəmiyyətdən məlumat verilib.
Bildirilib ki, bu il ASC tərəfindən həmin rayonlarda 849,5 hektar sahədə tütün əkilməsi nəzərdə tutulur. Tütün istehsalı ilə əlaqədar 50 fermerlə müqavilə bağlanılıb. Fermerlərlə bağlanılan müqavilələr üzrə tütün əkiləcək sahə 422,9 hektar təşkil edir. Eyni zamanda, şirkətin özü tərəfindən bu il şimal-qərb bölgəsində 426,6 hektar sahədə tütün əkilməsi nəzərdə tutulur.
Bu günədək şirkət tərəfindən Şəki rayonunda 358,2, Zaqatalada 147,5, Qaxda 142,6, Balakəndə 40,5, Oğuz rayonunda isə 36,5 hektar sahəyə tütün şitilləri köçürülüb və hazırda işlər davam etdirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:139
Bu xəbər 16 May 2025 12:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















