Icma.az
close
up
RU
Beynəlxalq arxeoloji ekspedisiyanın üzvləri Azıx mağarasında yenidən tədqiqat aparacaqlar

Beynəlxalq arxeoloji ekspedisiyanın üzvləri Azıx mağarasında yenidən tədqiqat aparacaqlar

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 30 may, AZƏRTAC

AMEA Arxeologiya və Antropologiya İnstitutunun təşəbbüsü və təşkilatçılığı ilə yaradılmış və Azıx mağarasında tədqiqatlar aparmış beynəlxalq arxeoloji ekspedisiyanın elmi heyəti yenidən Azərbaycana gəlib. Onlar 2023-cü ildə başladıqları tədqiqatları davam etdirəcəklər. Azərbaycan tərəfindən institutun aparıcı elmi işçisi Azad Zeynalovun həmrəhbərliyi ilə fəaliyyət göstərən arxeoloji ekspedisiyanın tərkibinə Danimarka, Norveç və Almaniyadan olan alimlər daxildirlər.

Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Arxeologiya və Antropologiya İnstitutunun direktoru dosent Fərhad Quliyev beynəlxalq arxeoloji ekspedisiyanın üzvləri ilə görüşdə 2023-cü ildə Danimarkanın Orhus Universiteti ilə imzaladığı əməkdaşlıq barədə razılaşmanın müddəalarına uyğun olaraq birgə tədqiqatların nəticələrindən məmnunluğunu və bu əməkdaşlığın daha yeni elmi uğurlar gətirəcəyinə inamını bildirib. “İşğal dövründə Azıx mağarasında və bir sıra digər abidələrdə işğalçılar tərəfindən qeyri-qanuni tədqiqatlar aparılıb. Bu tədqiqatlar beynəlxalq və respublika qanunlarının ciddi pozuntusu idi. Hazırda isə artıq sizin iştirakınız ilə azad edilmiş ərazilərdə hüquqi və etik normalara tam uyğun beynəlxalq tədqiqatlar aparılmaqdadır”, - deyə institutun direktoru əlavə edib. Vurğulayıb ki, hazırda Arxeologiya və Antropologiya İnstitutu yeni bir dönəmini yaşamaqdadır. Əsas məqsəd dünya elminin çağırışlarına cavab verəcək yeni bir institutun qurulmasıdır. Sözsüz ki, aparılan bu islahatlar institut qarşısında müxtəlif çeşidli arxeometrik tədqiqatların intensivləşməsini tələb etməkdədir.

Elmi ekspedisiyanın Danimarka tərəfindən həmrəhbəri olan Orhus Universitetinin Geologiya elmləri departamentinin professoru Mads Faurschou Knudsen Azərbaycanda birgə arxeoloji tədqiqatda iştirak etməsini böyük uğur kimi qiymətləndirib. Qeyd edib ki, Azıx mağarası qədim insanın Afrikadan dünyaya yayılması kimi elm qarşısında duran mühüm mövzunun araşdırılmasında bir sıra problemlərə yetərincə işıq sala biləcək abidədir. Bildirib ki, Orhus Universiteti Azərbaycan arxeologiyasında arxeometrik tədqiqatların aparılması və aidiyyəti elmi-tədqiqat sahələri üzrə mütəxəssislərin hazırlanması istiqamətində əməkdaşlığa hazırdır.

Daha sonra beynəlxalq arxeoloji ekspedisiyanın üzvləri öz tədqiqat sahələri barədə məlumat veriblər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://azertag.az
archiveBu xəbər 30 May 2025 11:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see273

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see236

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see181

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see158

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see155

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see149

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see134

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see133

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see132

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri