Icma.az
close
up
RU
AzMİU da “Dizayn Həftəsi”: Təhsil, yaradıcı ideyalar və innovativ yanaşmalarla zəngin günlər

AzMİU da “Dizayn Həftəsi”: Təhsil, yaradıcı ideyalar və innovativ yanaşmalarla zəngin günlər

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 21 aprel, AZƏRTAC

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) “Dizayn Həftəsi”nə start verilib.

AZƏRTAC xəbər verir ki, bu həftə universitetin 50 illik yubileyi və Dizayn fakültəsinin yaranmasının 1 illiyi münasibətilə təşkil olunub. Aprelin 21-25-ni əhatə edəcək proqramın ilk günü AzMİU rəhbərliyi, digər ali təhsil müəssisələrinin rəhbərliyi, ictimai-siyasi xadimlər, universitetin professor-müəllim heyəti və tələbələrinin iştirakı ilə açılış mərasimi keçirilib.

AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova açılış mərasimi zamanı çıxışında AzMİU-nun dizayn sahəsindəki peşəkar yanaşmasını və təhsil keyfiyyətini diqqətə çatdırıb, tələbələrin yaradıcı potensialının gücləndirilməsi və dizayn təhsilinin cəmiyyətdə daha çox tanınması istiqamətində atılacaq addımlar barədə fikirlərini bölüşüb. Rektor bu tədbirin həm tələbələrin inkişafına, həm də dizaynla bağlı qlobal trendlərin Azərbaycanda daha çox tanınmasına böyük töhfə verəcəyini qeyd edib.

“Dizayn Həftəsi” beş gün ərzində müxtəlif sərgilər, ustad dərsləri, “Açıq qapı” günü, panel müzakirələr və yekun təqdimatlar kimi genişmiqyaslı tədbirlərlə davam edəcək. Tədbirin ilk günü açılış mərasimindən sonra dizayn istiqamətləri üzrə tələbə işlərindən ibarət sərgilərin təqdimatı keçirilib. Bu sərgilərdə AzMİU-nun Təsviri İncəsənət, Qrafik və Media Dizaynı, Mühit Dizaynı kafedralarının tələbələrinin əl işləri nümayiş olunub, həmçinin tanınmış fotoqraf Ziya Alisoyun fərdi fotosərgisi iştirakçılara təqdim edilib. Sərgilər tələbələrin yaradıcı qabiliyyətlərini nümayiş etdirmək və dizayn sahəsindəki ən yeni trendləri göstərmək üçün mükəmməl bir platforma olub.

Qeyd olunub ki, AzMİU-da keçirilən ilk “Dizayn Həftəsi” çərçivəsində bir sıra əlamətdar tədbirlər baş tutacaq. Aprelin 22-də ustad dərsləri və təcrübə mübadiləsi sessiyaları keçiriləcək, burada sahənin tanınmış peşəkar dizaynerləri və sənaye mütəxəssisləri iştirak edərək, iştirakçılara fotoqrafiyanın dizayndakı rolu, vizual ifadə vasitələrinin əhəmiyyəti, yaşıl dizaynın gələcəyi və maketləşdirmə prinsipləri kimi mövzularda dərindən məlumat verəcəklər. Bu dərslər, həmçinin təbiətin dizayndakı rolu və fərdi mebel avadanlıqlarının kiçik ölçülü tətbiqi barədə müzakirələrə imkan yaradacaqdır.

Aprelin 23-də keçiriləcək “Açıq qapı” günü” isə abituriyentlər, valideynlər və dizayna marağı olan hər kəs üçün böyük bir fürsət olacaq. Bu tədbir iştirakçılara dizayn fakültəsinin tədris prosesi ilə yaxından tanış olmağa, tələbələrin işlərini yerində görərək fakültə mühiti haqqında daha geniş məlumat əldə etməyə imkan verəcək.

Aprelin 24-də “Təhsildə süni intellekt alətlərindən istifadə” mövzusunda panel müzakirəsi təşkil ediləcək. Bu müzakirə dizayn təhsilində süni intellektin tətbiqi və texnologiyanın dizayn sahəsinə təsiri barədə fikir mübadiləsi aparmaq üçün unikaldır. Paneldə sahənin mütəxəssisləri və gənc dizaynerlər iştirak edəcək.

“Dizayn Həftəsi” aprelin 25-də yekun mərasimlə başa çatacaq.

Tədbirdə AzMİU-nun dizayn tədrisinin tarixinə və Dizayn fakültəsinin keçən bir ildəki fəaliyyətinə nəzər salınacaq, həmçinin tələbələrin seçilmiş layihələri nümayiş etdiriləcək və müxtəlif nominasiyalar üzrə mükafatlandırma mərasimi keçiriləcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:140
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 Aprel 2025 15:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see255

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see196

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see150

Mahmut Orhanın keçmiş sevgilisi ilə eşq yaşayır

06 Dekabr 2025 17:18see141

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see139

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see139

Dezinformasiya cəmiyyət üçün real təhlükədir

06 Dekabr 2025 18:46see133

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see128

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see128

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see128

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see127

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see127

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see127

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see126

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see126

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see126

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see126

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see125

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see122

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri