Icma.az
close
up
RU
AzMİU da süni intellektin tətbiqi ilə bağlı beynəlxalq təcrübə öyrənilir FOTOLAR

AzMİU da süni intellektin tətbiqi ilə bağlı beynəlxalq təcrübə öyrənilir FOTOLAR

Unikal.az saytına istinadən Icma.az xəbər verir.

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Niderland Krallığında fəaliyyət göstərən Rebels.ai süni intellekt həlləri şirkətinin təsisçisi, İspaniyanın Harbour Space Universitetinin müəllimi Maksim Musin qonaq olub. Qonağı AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova qəbul edib. Görüşdə universitet rəhbərliyi, Mexanika və informasiya texnologiyaları fakültəsinin, eləcə də İKT Mərkəzinin nümayəndələri də iştirak ediblər.

"Unikal" xəbər verir ki, görüş Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası” ilə səsləşir. Strategiyada ali təhsil müəssisələrinin üzərinə süni intellekt üzrə elmi-tədqiqatların genişləndirilməsi, mütəxəssis hazırlığının gücləndirilməsi və biliklərin əmək bazarına inteqrasiyası kimi vəzifələr qoyulub. AzMİU-da həyata keçirilən rəqəmsallaşma, elektron universitet sisteminin inkişafı və idarəetmədə innovativ texnologiyaların tətbiqi istiqamətindəki fəaliyyət də bu hədəflərlə üst-üstə düşür.

Görüşdə Maksim Musin təqdimatla çıxış edərək süni intellektin tətbiq imkanları, üstünlükləri, yarana biləcək çağırışlar, həmçinin aparıcı dünya universitetlərinin təcrübəsi barədə məlumat verib. Daha sonra müzakirələr aparılıb, qonaq rektorun və universitet nümayəndələrinin suallarını cavablandırıb.

Müzakirələr nəticəsində AzMİU-da süni intellektin elektron universitet platformasına inteqrasiyası istiqamətində Rebels.ai şirkətinin dəstəyi ilə müqayisəli təhlillərin aparılması və yol xəritəsinin hazırlanması barədə razılıq əldə olunub.

Maksim Musin AzMİU-da elektron universitet quruculuğu istiqamətində görülən işləri və mövcud maddi-texniki bazanı yüksək qiymətləndirib, universitetdə süni intellektin tətbiqi üçün əlverişli şəraitin olduğunu qeyd edib.

Rektor professor Gülçöhrə Məmmədova bildirib ki, universitet süni intellekt strategiyasının reallaşdırılmasına öz töhfəsini verməkdə qərarlıdır: “Hesab edirəm ki, süni intellektin tətbiqi yalnız tədrisin keyfiyyətinə deyil, həm də idarəetmənin şəffaflığına və effektivliyinə ciddi təsir göstərəcək. AzMİU bu istiqamətdə ölkə üzrə nümunəvi ali məktəblərdən biri olmağı qarşısına məqsəd qoyub”.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:34
embedMənbə:https://unikal.az
archiveBu xəbər 19 Sentyabr 2025 11:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lavrov: ABŞ ın Venesuelada əməliyyat planları razılaşma ümidlərini azaldır

18 Dekabr 2025 01:26see250

Qadın avtomobili ilə həmcinsini VURDU

18 Dekabr 2025 17:10see223

Ukraynanın NATO ya üzvlüyünə bu üç ölkə icazə vermir SİYAHI

18 Dekabr 2025 19:25see220

Ordubadda avtomobil qaz xəttinə çırpılıb, 8 minə yaxın abonent qazsız qalıb

18 Dekabr 2025 08:44see217

Burak Yılmaz 4 gün əvvəl ayrıldığı kluba qayıtdı RƏSMİ

19 Dekabr 2025 18:56see208

Mançester Yunayted Mərakeşi FİFA ya şikayət etdi

17 Dekabr 2025 23:12see201

Tərəflər kompromisə gedəcəkmi? ŞƏRH

18 Dekabr 2025 16:32see201

ABŞ ın Tayvan üçün ən böyük silah paketi təsdiqləndi

19 Dekabr 2025 00:36see197

“O vaxtlar ikimiz də evli idik, bu, ona sərhəd deyildi” İddialar böyüyür

17 Dekabr 2025 23:18see195

Elm və musiqi eyni səhnədə: NDU nun dəvəti ilə Umut Yıldız Naxçıvanda

19 Dekabr 2025 11:28see173

İlin yekunları: Azərbaycan 2025 ci ildə TikTok da kimlərdən və nədən ilham aldı

18 Dekabr 2025 11:12see169

Telefon qablarından istifadəni dayandırın Mütəxəssis açıqladı

18 Dekabr 2025 03:05see168

Melaniya Tramp haqqında filmin treyleri yayıldı VİDEO

17 Dekabr 2025 23:11see152

Yuxuyozma... Yuxuda yovşan görmək haqqında Qustav Miller, Vanqa və Ziqmund Freyd nə deyib? Video

19 Dekabr 2025 00:24see150

Bel ağrısı xərçəngin bu növünə işarə edə BİLƏR

18 Dekabr 2025 01:04see150

Böyük Britaniya MN: İstəklilər Koalisiyası Ukrayna ordusunu NATO standartlarına uyğunlaşdırmaq istəyir

19 Dekabr 2025 02:17see148

bp yə yeni baş icraçı direktor təyin edildi

18 Dekabr 2025 10:11see147

“Sumqayıt”ın qış planı bilindi

18 Dekabr 2025 00:08see147

PSJ tarix yazdı: Paris klubu Qitələrarası Kuboku qazandı

18 Dekabr 2025 01:08see146

Ayça həmin mağazadan 700 min tələb edir

18 Dekabr 2025 04:01see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri