Icma.az
close
up
RU
AzMİU da Torpaq ekosistemlərinin mühafizəsi adlı tədbir keçirildi FOTOLAR

AzMİU da Torpaq ekosistemlərinin mühafizəsi adlı tədbir keçirildi FOTOLAR

Unikal.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

AzMİU-nun 50 illik yubileyilə əlaqədar olaraq Ümumdünya "Torpaq" günündə, Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri fakültəsi və Dayanıqlı İnkişaf Mərkəzinin dəstəyi ilə “Torpaq ekosistemlərinin mühafizəsi” adlı xüsusi tədbir keçirilib.

"Unikal" xəbər verir ki, tədbir, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə (Sustainable Development Goals, SDG), xüsusilə SDG 15 – “Torpaqda həyat”, həmçinin SDG 6 – “Təmiz su və sanitar şərait” və SDG 13 – “İqlim dəyişikliyinə qarşı mübarizə” hədəflərinə töhfə vermək məqsədi daşıyır. 

Tədbirin əsas məqsədi — torpaq ehtiyatlarının mühafizəsi, torpaq deqradasiyası, eroziya, çirklənmə və iqlim dəyişmələrinin torpaq ekosistemlərinə təsiri barədə ictimaiyyətin məlumatlılığını artırmaq, tələbələrlə mütəxəssislər arasında elmi müzakirə platforması yaratmaq, həmçinin milli səviyyədə torpaq idarəçiliyi sahəsində dayanıqlı yanaşmaların təşviq edilməsidir. Bu təşəbbüs həm də SDG 4 – “Keyfiyyətli təhsil” çərçivəsində dayanıqlılıq yönümlü tədris və tədqiqat fəaliyyətinin dəstəklənməsi baxımından AzMİU-nun dayanıqlı inkişaf gündəliyinə uyğundur.

Tədbiri giriş sözü ilə Su tsərrüfatı və mühəndis kommunikasiya sistemləri fakültəsinin dekanı, dosent Elgiz Həsənov açmışdır. Tədbirin aktuallığı və Universitet üçün əhəmiyyətini, gələn qonaqlara, professor və müəllim heyətinə çatdırmışdır. Tədbirdə Bakı və Abşeron Yarımadasının vulkanlar qrupu Dövlət Təbiət Qoruğunun direktoru Ceyhun Paşayev mövzu ilə bağlı, “Xüsusi mühafizə olunan təbiət əraziləri və onlarda mümkün ekoturizm potensialı” haqqında  təqdimatla çıxış edib. 

Görüş zamanı torpaq resurslarının səmərəli idarə olunması, innovativ meliorasiya və su təsərrüfatı texnologiyalarının tətbiqi, aqroekoloji həllər, regionların torpaq bərpa potensialı və torpaq ekosistemlərinin davamlı qorunması kimi mövzular müzakirə olunub. 

Tədbirdə Meliorasiya və Su Təsərrüfatı Tikintisi (STT) kafedrasının dosenti Könül Qafarbəyli çıxış edərək torpaq və su ehtiyatlarının idarə olunmasında ekosistem əsaslı yanaşmalar, iqlimə davamlılıq və milli səviyyədə torpaq mühafizəsi siyasətlərinin gücləndirilməsinin əhəmiyyəti barədə fikirlərini bölüşüb. Mütəxəssis vurğulamışdır ki, torpağın sağlamlığı yalnız kənd təsərrüfatı üçün deyil, həm də su ehtiyatları, biomüxtəliflik, iqlimə davamlılıq və ümumi ekoloji sabitlik üçün həlledici əhəmiyyət kəsb edir.

Tədbir çərçivəsində tələbələrin iştirakı ilə təqdimatlar, ekspert çıxışları və interaktiv sual-cavab sessiyaları təşkil olunmuş, torpaq mühafizəsinə dair müasir elmi yanaşmalar, ekosistem əsaslı idarəetmə modelləri, qlobal SDG indikatorları və beynəlxalq trendlər barədə geniş məlumat verilmişdir.

AzMİU-nun təşkil etdiyi Ümumdünya Torpaq Günü tədbiri, ölkədə ekoloji maariflənmənin artırılması, torpaq və su ehtiyatlarının davamlı idarə olunması, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə inteqrasiya olunmuş tədris və tədqiqat fəaliyyətinin gücləndirilməsi, eləcə də universitetin dayanıqlı inkişaf üzrə qlobal akademik qiymətləndirmələrdə mövqeyinin daha da möhkəmlənməsi baxımından mühüm əhəmiyyət daşıyır.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:96
embedMənbə:https://unikal.az
archiveBu xəbər 09 Dekabr 2025 13:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see275

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see255

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see249

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see223

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see198

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see193

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see178

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see174

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see150

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see145

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see141

Qarabag ın baş məşqçisi: Bəhlulun bütün səhvlərini bu qola görə bağışlamaq olar

22 Yanvar 2026 01:55see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri