Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

A Seriyası: 19 illik rekord təkrarlandı

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

AzMİU nun özəl şirkətə 10 mindən çox borcu var? Rəsmi açıqlama

AzMİU nun özəl şirkətə 10 mindən çox borcu var? Rəsmi açıqlama

Qafqazinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Azərbaycan Memarlıq və İnşaat Universiteti aylardır bizdən aldığı məhsulların ödənişini etməkdən boyun qaçırır”. 

Bu şikayətlə “Qafqazinfo”ya “Florya Tekstil” MMC şirkətinin direktoru Taleh Ocaqov müraciət edib. 

Direktorun iddialarına görə, universitet tekstil məhsullarını qəbul etsə də, ödənişi gecikdirir: “Bu ilin iyunun 26-da AZMİU tərəfindən “Yumşaq inventarın yaradılması” müsabiqəsi elan edilib. Və bu müsabiqədə nəzarət orqanının qərarı ilə “Florya Tekstil” MMC rəsmi qalib elan olunub. Sentyabrın 29-da tərəflər arasında satınalma müqaviləsi bağlanıb. Malların nümunələri satınalan təşkilatın nümayəndəsi tərəfindən dəfələrlə baxılaraq “tam uyğun” təsdiqlənib. Oktyabrın 13-21 tarixlərində bütün məhsullar tam həcmdə təhvil verilib, qaimə-fakturalar rəsmiləşdirilib. Lakin bundan sonra nə təhvil-təslim aktı imzalanıb, nə mallar geri qaytarılıb, nə də ödəniş...”

T.Ocaqovun sözlərinə görə universitetin hazırda “Florya Tekstil” MMC-yə 10 min 35 manat borcu var: “Mallar universitetə təqdim olunan gün təhvil-təslim aktı tərəfimizdən hazırlanıb, təqdim edilib. Universitet nümayəndələri mallara baxış keçirib, lakin aktı “sonra imzalayacağıq” deyərək yola verib. Bununla yanaşı məhsullar faktiki olaraq qəbul edilib. Heç bir laboratoriya nəticəsi təqdim olunmayıb. Əksinə, rəsmi izahat tələb etdikdə məsul şəxs ünsiyyətdən yayınıb, zənglərə cavab verməyib, görüşlərdən boyun qaçırıb. Bu davranış təkcə bir şirkətə deyil, ümumən sahibkarlıq mühitinə yönəlmiş etinasızlıqdır.

Universitet rəhbərliyi məsələni həll etmir. Proses faktiki olaraq bloklanıb. Bu məbləğ dövlət universiteti üçün problem deyil, amma görünür ki, ödənişi etməmək üçün süni şəkildə maneələr yaradırlar”.

Şirkət direktoru, həmçinin qeyd edib ki, sözügedən məhsullar da universitetin tələbələri tərəfindən daşınıb. 

İddialarla bağlı  “Azərbaycan Memarlıq və İnşaat Universitetinə (AZMİU) sorğu ünvanladıq. AzMİU-nun mətbuat katibi Nicat Abdullayev bildirdi ki, şirkətin iddiaları rəsmi sənədlərlə təsdiq edilmiş satınalma prosedurunun faktiki gedişatı ilə uyğun gəlmir: “09.07.2025-ci il tarixində “Dövlət satınalmalarının vahid elektron portalı” üzərindən “Yumşaq inventarın alınması” adlı kotirovka sorğusu keçirilib, prosesdə dörd təchizatçı iştirak edib və ən aşağı qiymət təklifinə əsasən “Florya Tekstil” MMC qalib elan olunub. Satınalmanın nəticələrinə dair yekun protokol daha sonra Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin AİBNDA/SQ-9681/2025 nömrəli, 25 sentyabr 2025-ci il tarixli qərarı ilə təsdiqlənib və bunun əsasında 29.09.2025-ci il tarixdə AzMİU ilə “Florya Tekstil” MMC arasında 09.29/2025 nömrəli müqavilə imzalanıb.

Müqavilə üzrə öhdəliklərin icrası zamanı şirkət tərəfindən təqdim edilən mallar kotirovka şərtlərində göstərilən müddətdən 10 gün gec və natamam şəkildə təhvil verilib, həmçinin məhsulların bir qismi sorğuda tələb olunan formal və keyfiyyət göstəricilərinə uyğun olmayıb. Bu pozuntular AzMİU-nun tender komissiyası tərəfindən rəsmi qaydada yoxlanılıb və sənədləşdirilib.

Qeyd olunan uyğunsuzluqların mövcudluğu malların qəbul aktının imzalanmasına imkan vermədiyindən, təhvil-təslim rəsmiləşdirilməyib, nəticə etibarilə məhsulların “qəbul olunması” və ödənişin həyata keçirilməsi üçün hüquqi əsas yaranmayıb. Buna görə də şirkətin “mallar qəbul edilib, saxlanılır, lakin ödəniş olunmur” iddiası fakt və hüquqi prosedurlarla ziddiyyət təşkil edir.

Uyğunsuzluqların mövcudluğu səbəbi ilə AzMİU 24.10.2025-ci-il tarixində tender komissiyası üzvlərinin iştirakı ilə müqavilənin ləğvi haqqında Akt tərtib edib və bütün komissiya üzvləri bu qərarı imzaları ilə təsdiq edib. Daha sonra universitet 31/686 nömrəli rəsmi məktubla Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə müraciət edərək “Florya Tekstil” MMC ilə bağlanmış müqavilənin icrasının dayandırılması, müqaviləyə xitam verilməsi və müsabiqənin yenidən qiymətləndirilməsinə icazə verilməsini xahiş edib.

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi AzMİU-nun müraciətini araşdıraraq fəaliyyət istiqamətinə uyğun şəkildə müvafiq qiymətləndirmə aparıb. Agentlikdən daxil olan cavab məktubunda bildirilib ki, təqdim olunan sənədlər və əsaslandırmalar nəzərdən keçirildikdən sonra müqavilə öhdəliklərinin icrasında aşkarlanmış uyğunsuzluqların hüquqi qiymət alması üçün prosesin qanunvericiliyə uyğun davam etdirilməsi məqsədəuyğundur.

Agentlik əlavə olaraq qeyd edib, ki, satınalma prosedurunda ədalətlilik, şəffaflıq və rəqabət prinsiplərinin qorunması üçün AzMİU tərəfindən müsabiqənin yenidən qiymətləndirilməsi barədə irəli sürülən təklifə etiraz edilmir və bu istiqamətdə qərar verilməsi satınalma təşkilatçısının səlahiyyətindədir.

Bundan sonra müqaviləyə xitam verilməsi haqqında protokol AzMİU tərəfindən rəsmi olaraq dövlət satınalmalarının vahid internet portalında yerləşdirilib və “Florya Tekstil” MMC-yə bildirilib.

Bildiririk ki, AzMİU-da satınalma prosesləri tam olaraq dövlət portalı üzərindən həyata keçirilir və hər bir addım qanunvericiliyin tələblərinə uyğun rəsmiləşdirilir. Universitet tərəfindən qəbul olunmayan və müqavilə şərtlərinə uyğun təqdim edilməyən məhsulların ödənişinin edilməməsi qanuni zərurətdir və bu məsələ heç bir halda ödənişdən yayınma kimi təqdim edilə bilməz. Hazırda məsələ ilə bağlı bütün materiallar toplanıb, hüquqi qiymətin verilməsi məqsədilə məhkəmə müstəvisində proses başlanıb”.

Fidan Etibar

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:297
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 29 Noyabr 2025 13:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see668

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see439

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see401

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see285

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see279

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see275

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see249

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see244

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see231

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see224

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see220

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see219

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see213

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see212

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

28 Oktyabr 2026 15:55see209

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see198

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see198

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see195

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see190

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri