Icma.az
close
up
RU
Məktəblərdəki xoşagəlməz halların kökündə nə durur? Deputat aydınlıq gətirdi

Məktəblərdəki xoşagəlməz halların kökündə nə durur? Deputat aydınlıq gətirdi

Icma.az bildirir, Modern.az portalına istinadən.

"Məktəblərdə xoşagəlməz hadisələrin sayı getdikcə artır. Əvvəlki çıxış və müsahibələrimdə bu barədə dəfələrlə narahatlığımı bölüşmüşdüm. Daha öncə də demişdim ki, getdikcə belə hadisələr çoxalacaq. Növbəti günlərdə bu cür hadisələrlə daha tez-tez rastlaşacağıq”.
Bunu Modeern.az-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib.
“Bəs problemin kökündə nə durur? Məsələnin mahiyyəti ondadır ki, həm ailələrimizdə, həm də məktəblərimizdə tərbiyə prosesi ciddi pozulub və biz hansısa problem baş verəndə vaxtımızın çoxunu günahkar axtarmağa sərf edirik. Bir tərəf digəri, digər tərəf də o biri tərəfi günahlandırır. Nə qədər ki belə davam edəcəyik, nəticə olmayacaq”, - Ceyhun Məmmədov deyib.
Millət vəkili problemlərin nə zamandan yaranmağa başladığına da aydınlıq gətirib:
“Ailələrimiz və məktəblərimiz uşaqlara yalnız “oxu!” deməyə başladığı, tərbiyə işi arxa plana keçdiyi gündən. Yeri gəlmişkən, burada bir sual yaranır. Təhsilin əsas məqsədi nədir? Prosesi diqqətlə təhlil edəndə görürük ki, bu gün ailənin də,  məktəbin də əsas məqsədi yalnız bilikli insan yetişdirməkdir. Bu gün biz övlad və şagirdlərimizə “savadlı ol” deyirik, yoxsa “insan ol”? Hesab edirəm məsələnin məğzi də bundadır. Nə qədər ki övlad və şagirdlərimizə daha çox “oxu!” deyirik belə də olacaq.
Əvvəllər özümə tez-tez sual verirdim: Əsas bilikli olmaqdır, yoxsa insan? Cavab bilikli olmaq idi. İndi isə əksinə düşünürəm. Təhsilin əsas məqsədi həm də tərbiyəli insan yetişdirməkdir. Nə qədər ki tərbiyə işi arxadadır problemlər daha da artacaq”.
Bəs yaranan vəziyyətə görə məsuliyyəti kim daşıyır? Deputat suala belə cavab verib:
“Hesab edirəm həm ailələrimiz, həm də məktəblərimiz. Ancaq məktəbin məsuliyyəti indi daha böyükdür. Təəssüf ki, getdikcə övladlarına normal tərbiyə verməyən valideynlərin sayı artır və gələcəkdə daha da artacaq. Valideynlərin bir qisminin özünün tərbiyəsinin, bir qisminin vaxtının olmadığına, digər qisminin isə vaxtını başqa işlərə sərf etdiyinə görə artıq ailələrimiz tərbiyəli gənclik yetişdirə bilmir. Əlbəttə bu hamıya aid deyil. Eyni zamanda təəssüf hissi ilə onu da qeyd etmək lazımdır ki, heç də məktəblərimizin də hamısı tərbiyə işinə önəm vermir”.
Ceyhun Məmmədov sonda valideynlərə və müəllimlərə müraciət edib.
"Əziz valideynlər və müəllimlər! Yalnız bilikli deyil, həm də tərbiyəli gənclik yetişdirin. Övlad və şagirdlərimizə insan olmağı öyrədək! Yoxsa gələcəyimiz heç yaxşi görsənmir”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:219
embedMənbə:https://modern.az
archiveBu xəbər 31 Oktyabr 2026 21:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see746

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see578

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see328

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see321

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see290

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see288

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see282

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see275

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see272

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see270

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see269

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see267

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see255

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see240

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see237

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see230

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see220

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see213

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see211

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri