Icma.az
close
up
RU
AzMİU tələbələrinə Türkiyədə təhsil imkanları və təqaüd proqramları haqqında məlumat verilib

AzMİU tələbələrinə Türkiyədə təhsil imkanları və təqaüd proqramları haqqında məlumat verilib

Newscenter.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.


Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin təhsil müşaviri Yurdagül Aydoğanın rəhbərliyi ilə Yurtdışı Türklər və Əqraba İcma Başqanlığı (YTB) Beynəlxalq Tələbələr Şöbəsindən Koordinator Kemal Kaya, eləcə də nümayəndə heyətinin üzvləri – Özge Kaya, Saliha Dursun və Mehmet Serdar Ercan Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) olublar.
Newscenter.az xəbər verir ki, səfər çərçivəsində qonaqları AzMİU-nun tədris işləri üzrə prorektoru, professor Akif Qasımov qəbul edib. Görüş zamanı professor Akif Qasımov universitetin mütərəqqi inkişaf yolu və modern təhsil strategiyaları haqqında məlumat verib. O, Türkiyə universitetləri ilə qurulan sıx əlaqələrin AzMİU-nun Qərb təhsil sisteminə inteqrasiyasında mühüm rol oynadığını vurğulayıb. Eyni zamanda, mübadilə və ikili diplom proqramları çərçivəsində Türkiyə universitetlərində təhsil alan AzMİU tələbələri və AzMİU-da təhsil alan türkiyəli tələbələr barədə danışıb. Bu tələbələrin iki ölkə arasındakı elm və təhsil əlaqələrinin daha da güclənməsinə töhfə verdiyini qeyd edib.
AzMİU-nun beynəlxalq əlaqələr üzrə prorektoru professor Nərgiz Abdullayeva Türkiyə Respublikasının YTB vasitəsilə dünyanın müxtəlif ölkələrindən olan tələbələrə təqdim etdiyi təqaüd imkanlarının təhsilin inkişafında mühüm rol oynadığını vurğulayaraq, bu dəstəyin həm ikitərəfli əməkdaşlığın möhkəmlənməsinə, həm də gənc nəslin keyfiyyətli təhsil almasında əhəmiyyətli faktor olduğunu bildirib.
Türkiyə Respublikasının təhsil müşaviri Yurdagül Aydoğan səmimi qəbula görə təşəkkür edərək, AzMİU-nun Türkiyə universitetləri ilə əməkdaşlıq modelinin Azərbaycan və Türkiyənin digər ali təhsil müəssisələri üçün nümunə ola biləcəyini qeyd edib. O, universitetlərarası əlaqələrin daha da genişləndirilməsi üçün böyük potensialın olduğunu vurğulayıb.

Daha sonra nümayəndə heyətinin AzMİU tələbələri ilə də görüşü keçirilib. Görüş zamanı Yurtdışı Türklər və Əqraba İcma Başqanlığının (YTB) nümayəndələri tələbələr üçün təqaüd proqramları barədə geniş təqdimatla çıxış edərək, onların suallarını cavablandırıblar. Təqdimat zamanı YTB-nin xaricdə təhsil almaq istəyən gənclərə yaratdığı imkanlar, müxtəlif təqaüd proqramlarına müraciət qaydaları və seçilmə meyarları haqqında ətraflı məlumat verilib.
Qonaqlar qeyd ediblər ki, YTB-nin təqdim etdiyi “Türkiyə Bursları” proqramı dünya üzrə minlərlə tələbəyə Türkiyənin nüfuzlu universitetlərində tam təqaüdlə təhsil almaq imkanı yaradır. Proqram bakalavr, magistratura və doktorantura səviyyələrində təhsil almaq istəyən tələbələr üçün nəzərdə tutulub. “Türkiyə Bursları” təqaüdü yalnız təhsil haqqını qarşılamır, eyni zamanda aylıq təqaüd, yataqxana, tibbi sığorta və beynəlxalq nəqliyyat xərclərini də əhatə edir.
Təqaüd proqramı çərçivəsində tələbələrə aşağıdakı imkanlar təqdim olunur:
Bakalavr təhsil səviyyəsi üçün:
Aylıq 3,500 TL təqaüd
Təhsil haqqının tam qarşılanması
Universitet yataqxanasında ödənişsiz qalmaq imkanı
İllik tibbi sığorta
İki dəfə – Türkiyəyə gediş və ölkəyə dönüş üçün ödənişsiz təyyarə bileti
Türk dili kursları
Magistratura səviyyəsi üçün:
Aylıq 5,000 TL təqaüd
Digər bütün üstünlüklər bakalavr proqramı ilə eynidir
Doktorantura səviyyəsi üçün:
Aylıq 6,500 TL təqaüd
Bütün digər dəstək mexanizmləri magistratura və bakalavr səviyyəsi ilə eyni

YTB nümayəndələri vurğulayıblar ki, “Türkiyə Bursları” proqramına müraciət prosesi rəqabətlidir və akademik göstəricilər, sosial və mədəni fəaliyyətlər, liderlik bacarıqları kimi meyarlar nəzərə alınır. Təqaüd proqramına qəbul olunan tələbələr Türkiyədə ali təhsil almaqla yanaşı, qlobal mühitdə peşəkar şəbəkələr qurmaq, mədəniyyətlərarası təcrübə qazanmaq və gələcək karyeraları üçün mühüm bilik və bacarıqlara yiyələnmək imkanı əldə edirlər.
Görüş zamanı AzMİU tələbələri YTB nümayəndələrinə təqaüd proqramlarının tətbiqi, seçim mərhələləri və tələb olunan sənədlər barədə suallar ünvanlayıblar. Nümayəndələr hər bir suala ətraflı cavab verərək, müraciət etmək istəyən tələbələrə tövsiyələrini bölüşüblər.
Qeyd edək ki, görüş AzMİU tələbələrinin beynəlxalq təhsil imkanları barədə daha çox məlumat əldə etməsinə və gələcəkdə YTB vasitəsilə Türkiyədə təhsil almaq istəyən gənclər üçün yeni perspektivlər açmasına töhfə verib.
Süleyman
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:206
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 18 Fevral 2025 11:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see290

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see259

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see206

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see195

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see187

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see185

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see182

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see174

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see167

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see153

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see148

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see147

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see147

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see146

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see144

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see143

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see139

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see138

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see138

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri