AzMİU “Urban Expo”da Azərbaycanın memarlıq təhsilini təmsil edir
Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.
Bakı, 19 may, AZƏRTAC
BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən və dünyanın ən böyük şəhərsalma sərgilərindən biri hesab olunan “Urban Expo”da Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) öz pavilyonu ilə təmsil olunur.
Universitetdən AZƏRTAC-a bildirilib ki, stenddə AzMİU-da memarlıq, şəhərsalma, dizayn, inşaat mühəndisliyi, dayanıqlı inkişaf və innovativ texnologiyalar istiqamətində həyata keçirilən elmi-tədqiqat işləri, beynəlxalq əməkdaşlıq layihələri, tələbə təşəbbüsləri və təhsil imkanları təqdim edilir.
AzMİU-nun ekspozisiyasında xüsusilə dayanıqlı şəhər inkişafı, yaşıl memarlıq, ağıllı şəhər həlləri, inklüziv urban mühit, şəhər mobilliyi və gələcəyin şəhərləri ilə bağlı akademik yanaşmalar ön plana çıxarılır. Pavilyon universitetin yalnız milli səviyyədə deyil, beynəlxalq akademik müstəvidə də şəhərsalma və memarlıq gündəliyinə fəal töhfə verdiyini nümayiş etdirir.
Azərbaycan Memarlıq və İnşaat Universiteti ölkədə memarlıq və şəhərsalma üzrə ixtisaslaşmış aparıcı ali təhsil müəssisəsi kimi WUF13 çərçivəsində yalnız sərgi formatında deyil, həm də müxtəlif akademik, elmi və ictimai təşəbbüslərlə fəal iştirak edir. Bu, AzMİU-nun beynəlxalq əlaqələrinin artırılması, yeni akademik tərəfdaşlıqların qurulması, tələbə və müəllimlər üçün qlobal əməkdaşlıq imkanlarının genişləndirilməsi, eləcə də Azərbaycanın şəhərsalma və memarlıq potensialının dünyaya təqdim olunması baxımından mühüm əhəmiyyət daşıyır.
WUF13 çərçivəsində AzMİU-nun pavilyonu forum iştirakçıları üçün universitetin elmi-intellektual potensialını, innovativ yanaşmalarını və dayanıqlı şəhər gələcəyinə baxışını nümayiş etdirən mühüm platforma rolunu oynayır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 19 May 2026 15:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















