Icma.az
close
up
RU
AzMİU və POLİMİ arasında ikili diplom proqramının tələbələri məzun olub

AzMİU və POLİMİ arasında ikili diplom proqramının tələbələri məzun olub

Unikal.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) ilə İtaliyanın nüfuzlu ali təhsil müəssisələrindən biri olan Milan Politexnik Universiteti (POLİMİ) arasında bakalavr pilləsində dizayn ixtisası üzrə həyata keçirilən ikili diplom proqramının 5 tələbəsindən 3-ü proqramı uğurla tamamlayıb.

"Unikal" xəbər verir ki, proqramı uğurla bitirən 2025-ci il məzunları Məryəm Əzizova, Ülviyyə Seyidzadə və Nigar Mahmudovadır. Onlar tədris müddətində həm nəzəri biliklər, həm də praktik layihələr üzrə yüksək nəticələr göstərərək proqramın tələblərinə tam şəkildə cavab veriblər.

Məzunlardan Məryəm Əzizova təhsilini İtaliyanın 110 ballıq qiymətləndirmə sistemi üzrə maksimal göstərici – 110 bal ilə başa vurub. O, təhsil müddətində moda nümayişləri və yaşayış məkanlarının interyer dizaynı üzrə layihələr hazırlayıb.

Ülviyyə Seyidzadə və Nigar Mahmudova da proqramı yüksək göstəricilərlə tamamlamağı bacarıb. Belə ki, Ülviyyə Seyidzadə 107/110, Nigar Mahmudova isə 106/110 nəticə əldə edib. Ülviyyə Seyidzadənin  “The Casa Tela” adlı layihəsi Borgoda yerləşən mədəni və bədii icmalar üçün funksional interyer məkanının dizaynına həsr olunub. Nigarın “Cultural Mosaic” adlı layihəsi isə Villa Arconati yaxınlığında yerləşən yaşayış məkanında mədəni müxtəlifliyin əks etdirilməsi məqsədilə hazırlanıb.

Tələbələr, eyni zamanda, təhsil müddətində beynəlxalq layihə və müsabiqələrdə də iştirak ediblər. Ülviyyə Seyidzadə və proqramın digər iştirakçısı Enira Abdullayeva “Sustainable Hospitality Challenge 2024” beynəlxalq müsabiqəsinin Avropa yarımfinal mərhələsinə vəsiqə qazanıblər. Ötən il onların təqdim etdiyi “Seashell Sanctuary” layihəsi çərçivəsində dəniz məhsulları və akvamarin sənayesindən əldə olunan qabıqlardan istifadə edilməklə, 20% təbii inqrediyentlərdən ibarət xüsusi beton formul yaradılıb. Həmin materialdan hamam aksesuarları, dekorativ elementlər, çanaq və vanna modelləri hazırlanıb. Layihə qonaqpərvərlik sahəsində plastikdən istifadənin və karbon emissiyalarının azaldılmasına yönəlib.

Qeyd edək ki, bu ikili diplom proqramı çərçivəsində məzunlar həm AzMİU, həm də POLİMİ tərəfindən təqdim edilən diplomları əldə edirlər.
   


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://unikal.az
archiveBu xəbər 08 Aprel 2025 11:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri