Icma.az
close
up
RU
AzMİU və YTU arasında əməkdaşlıq məsələləri müzakirə olunub FOTOLAR

AzMİU və YTU arasında əməkdaşlıq məsələləri müzakirə olunub FOTOLAR

Unikal.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) elm və innovasiya məsələləri üzrə prorektoru professor Nigar Aslanova, Türkiyənin Yıldız Texniki Universitetində (YTU) bir sıra mühim görüş keçirib.

"Unikal" xəbər verir ki, səfər çərçivəsində professor Nigar Aslanova, YTU-nun rektoru professor Eyyub Debiklə görüşərək ikitərəfli əlaqələrin gücləndirilməsi, elmi tədqiqat və innovasiya sahələrində əməkdaşlıq imkanlarını müzakirə ediblər.

Görüşdə, AzMİU və YTU arasında qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi, həmçinin universitetlər arasında elmi tədqiqatların təşviq edilməsi məqsədilə birgə layihələrin həyata keçirilməsi məsələləri gündəmə gətirilib. İki universitetin alimləri arasında təcrübə mübadiləsinin artırılması, elmi fəaliyyətlərin daha da zənginləşdirilməsi istiqamətində müzakirələr aparılıb.

Prorektor Nigar Aslanovanın, YTU-nun Fənn ədəbiyyat fakültəsində və fakültənin Riyaziyyat kafedrasında da bir sıra görüşləri keçirilib. Bu görüşlərdə AzMİU və YTU-nun doktorantları üçün birgə elmi rəhbərlik imkanları müzakirə olunub. Bu cür əməkdaşlıq, tədqiqatçılar arasında birgə elmi layihələrin həyata keçirilməsi, yeni elmi araşdırmaların aparılması baxımından böyük əhəmiyyət kəsb etdiyi qeyd olunub. 

Bundan əlavə, Riyaziyyat kafedrasında keçirilən elmi seminarda professor Nigar Aslanova elmi məruzə ilə çıxış edib. Aktual riyazi məsələlərin həllinə həsr olunan seminarda kafedranın professor-müəllim heyəti və tələbələr iştirak ediblər. Seminarın sonunda iştirakçılar, mövzu ilə bağlı suallarını verərək, professor Nigar Aslanovadan ətraflı cavablar alıblar.

Qeyd edək ki, AzMİU prorektorunun YTU-ya səfəri, universitetin beynəlxalq elmi əməkdaşlığını daha da gücləndirmək, eləcə də elm və innovasiya sahəsində yeni tərəfdaşlıqların yaradılması baxımından əhəmiyyətli addım olub. Bu əməkdaşlığın həm AzMİU-nun, həm də ümumilikdə Azərbaycan elminin potensialını, elmi tədqiqatların kefiyyətini artıracağı gözlənilir.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:80
embedMənbə:https://unikal.az
archiveBu xəbər 26 Dekabr 2024 12:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see769

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see210

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see203

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see176

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see162

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see158

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see152

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see149

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see146

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see137

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see134

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see130

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see129

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see126

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see125

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri