Icma.az
close
up
RU
Azpulmat və Manato dan pul götürənlərə SEVİNDİRİCİ XƏBƏR

Azpulmat və Manato dan pul götürənlərə SEVİNDİRİCİ XƏBƏR

Icma.az xəbər verir, News24 saytına əsaslanaraq.

Son zamanlar "Azpulmat" və "Manato" kimi bank olmayan kredit təşkilatlarına (BOKT) müraciət edən insanların sayı xeyli artıb. Bu təşkilatlar sürətli və sənədsiz kredit imkanı təqdim etsələr də, yüksək faiz dərəcələri və sərt qaydalar səbəbindən vətəndaşlar arasında narazılıqlara səbəb olurdu. Xüsusilə, faizlərin sürətlə artması, borcun vaxtında qaytarılmaması halında əlavə cərimələrin tətbiq edilməsi və borcun əsas məbləğdən dəfələrlə çox böyüməsi kimi hallar borc sahibləri üçün ciddi maliyyə çətinlikləri yaradırdı. Nəticədə, vətəndaşlar borc yükünün altından çıxa bilmir, bəzi hallarda isə hüquqi problemlərlə üzləşirdilər.

News24.az-ın xəbərinə görə, vətəndaşlar arasında böyük narazılığa səbə olan bu məsələyə nəzarətin gücləndirilməsi məqsədilə yeni qaydalar müəyyən edilir. 

Məlumata görə, bundan sonra BOKT-lar "Bank Olmayan Kredit Təşkilatlarında Kredit Risklərinin İdarə Edilməsi Qaydası" çərçivəsində fəaliyyət göstərəcək.

Kredit məbləği və Faiz dərəcələri,

Maksimal kredit məbləği – 500 manat,

Gündəlik faiz dərəcəsi – 0,3%-dən çox ola bilməz,

Aylıq faiz məbləği – 500 manat kredit üçün maksimum 45 manat təşkil edəcək,

Borcun qaytarılma müddəti – 45 gün.

Əvvəllər ən çox narazılıq doğuran məsələlərdən biri də borcun gecikdirilməsi zamanı tətbiq olunan yüksək faizlər idi.

Yeni qaydalara əsasən:

Gecikdirilmə faizləri və ya dəbbə pulu əsas borc məbləğinin gündəlik faiz dərəcəsinin 2 mislindən çox ola bilməz. Gecikdirmə halında əsas borc üzrə faizlər maksimum 30 gün müddətində hesablanacaq. Ümumi ödəniş məbləği əsas borcun 100%-dən artıq olmamalıdır.

Bu yeniliklər borc alanların hüquqlarını qorumaq və BOKT-ların fəaliyyətini daha şəffaf hala gətirmək məqsədi daşıyır. Yeni tələblərin tətbiqi ilə vətəndaşların yüksək faiz yükü ilə qarşılaşmasının qarşısı alınacaq.

 Aqil Qarayev

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:2110
embedMənbə:https://news24.az
archiveBu xəbər 12 Mart 2025 15:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see311

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see276

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see267

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see264

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see257

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see255

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see253

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see238

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see233

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see228

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see222

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see222

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see221

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see219

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see216

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see214

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see209

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see195

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see184

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri