Peruda Azərbaycan Səfirliyi aztəminatlı ailələrin uşaqları ilə bayram sevincini bölüşüb
Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Lima, 25 dekabr, AZƏRTAC
Azərbaycan Respublikasının Perudakı Səfirliyi Peru-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun üzvü ilə birgə Milad və Yeni İl bayramlarını aztəminatlı ailələrin uşaqları ilə qeyd edib.
AZƏRTAC xəbər verir ki, bu təşəbbüs çərçivəsində səfirliyin nümayəndələri Peru-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun üzvü, millət vəkili xanım Rosangella Barbaran ilə birlikdə Lima şəhərinin Komaz rayonunda yerləşən Las Lomas de Nueva Esperanza ərazisində yaşayan aztəminatlı ailələrin uşaqlarına bayram münasibətilə hədiyyələr təqdim edib. Onlara bayram ab-havası yaşadılıb.
Qeyd olunan aksiya həmin rayonun yerli icra orqanları və sakinləri tərəfindən yüksək dəyərləndirilib, göstərilən diqqət və qayğıya görə, Azərbaycan Hökumətinə minnətdarlıq ifadə olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:35
Bu xəbər 26 Dekabr 2025 00:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















