Icma.az
close
up
RU
AzTU nun rektoru Vilayət Vəliyev “bazarkom” kimi korrupsiya faktları, özbaşınalıq, qohumbazlıq və s…

AzTU nun rektoru Vilayət Vəliyev “bazarkom” kimi korrupsiya faktları, özbaşınalıq, qohumbazlıq və s…

Icma.az bildirir, Hurriyyet portalına istinadən.

Azərbaycan Texniki Unversitetinin rektoru Vilayət Vəliyev Elmi Şuranı “Milli Məclisə” çevirib, bütün qanunsuzluqlara guya “qanuni” don geyindirir

Bu sözlər Azərbaycan Texniki Unversitetinin rektoru Vilayət Vəliyevin fəaliyyəti ilə bağlı daxil olmuş müraciətdə yer alır. Biz bu və digər iddialarla bağlı qarşı tərəfi də dinləmək istədik. Yazı ilə tanış olmaq istədilər və biz də, istəklərini cavabsız qoymadıq. Tanış olduqları iddiaların heç birinə cavab vermədilər. Susdular… Belə görünür ki, səslənən iddialarla razılaşmalı oldular.

Aktuallğını nəzərə alıb, müəyyən ixtisar və düzəlişlərlə yazını dərc edirik:

Azərbaycan Texniki Unversitetinin rektoru Vilayət Vəliyevin Universitetdə  Cuməli müəllimə etdiklərini (Mühəndis fizikası və elektronika kafedrası), öz yaxınlarına  verdiyi yüksək maaşları (3000-5000manat), baldızını, qızını, oğlunu və neçə-neçə əqrabasını universitetə doldurmasını, tədris-köməkçi heyətini çölə tökərək narazılıq yaratmasını, müəllimləri boş-boşuna dərsləri olmayan vaxt Unversitetə yığmasını (guya hansısa müəllim tətil vaxtı icazəsiz xaricə gedib, heç onu deyən yoxdu ki, oğlu və dostları xaricdə oxumaq adı ilə Unversitetin pullarını göyə sovurur), Nəqliyyata və loqistika fakultəsinin tələbəsini dekan Allahverdi ilə birləşib intihar vəziyyətinə çatdırmasını, ziyalıları, alimləri yaxşı vəzifə adıyla işə dəvət edib, onlara qarşı dələduzluq, “moşenniklik” etməsini, 6-cı korpusun yükdaşıyan dvarlarını sökdürüb, fundamentini zəiflədib (Unversitetin alimləri ona yazılı müraciət ediblər ki, sabah zəlzələ olsa qəza baş verməsi an məsələsidir), guya yeniləmə adı ilə inşaat materialları ilə özünə villa tikdirməsini, Unversitetin Elmi Şurasını “Milli Məclisə” çevirib, bütün qanunsuzluqlara guya “qanuni” don geyindirməsini, İqtisadiyyat kafedrasında 200 magistrin pulla dissertasiya işi yazdırdığını, müharibə vaxt oğlunu anasının “qoltuğu” altında gizlətməsini, orduya bir qəpik kömək etməməsini görməməzlik etmək olar. Ancaq bir neçə texniki sahə universitetindən bir nəfərdə qovulmasa da, AzTU-dan 117 gənc tələbənin qovulmasını ona bağışlamaq olmaz. Bu Azərbaycan gəncliyinə qarşı soyqırımıdır. Hesab etsək ki, Unversitetə 1 ildə orta hesabla 1000-dən yuxarı tələbə daxil olur, onda onların 10%-ə qədərini qovublar. Qovulmuş tələbələrin bərpası vaxtı, başlarına nə oyunlar açdıqları isə başqa məsələdir. Hələ oxuyan tələbələri dərsə davamiyyətə görə süründərənlər, gör, qovulmuşları bərpada nələr gözləyir. Bir soruşan lazımdır ki, niyə Universitet kimi həssas bir yerdə bu qədər narazılıq yaradırsan?

Bir saat auditoriyada olmayan, təhsil bilikləri olmayan, Vilayət Vəliyevi, özünü iqtisadçı adlandırdığına görə çox vaxt onu “bazardan” gələn adam adlandırılar. Qalstukunu, bərbəzəkli kostyumunu buşlatla əvəz etsən, heç bazarda ona yükdaşıyan “araba” etibar etmək olmaz.   Ancaq nə etmək olar, insanları əvvəl-axır etdiyi əməllər üzə çıxardır.

Heç bir narazılığa məhəl qoymur, yaxınları narazılıq edənlərə “eşitdirirlər” ki, onsuz heç nə edə bilməyəcəksiniz, ən uzağı məktub Unversitetə gələcək və komissiya yaradılacaq, komissiyada “bazarkomun” dediyindən kənara çıxmayacaq. Ən maraqlısı isə pul, xərac kimi vəsaitlər danışıq yolu ilə deyil “jest”lərlə izah olunur (birdən səsyazan olar). “Jest”ləridə başa düşməyənə AzTU-da iş yoxdur. Hər dəfə mətbuatda Vilayət Vəliyevin qanunsuzluqlarından yazılanda bir neçə gün özünə gəlir, amma sonra yenə necə deyərlər “qozbeli qəbir düzəldər” məsələsi öz yerini tutur. Bir məsələdə də, AzTU antirekord qırır. Unversitetdə kitabsız kitabxana mövcuddur. İşçilərini dağıtdılar, böyük bir elmi əsərləri olan kitabxanada indi 2-3 işçi saxlanıb (bəzilərini ixtisara, bəzilərini elə-belə yola saldılar), yəni bir “həsir”, birdə “məmmədnəsir” qalıb. İnsanları “manqurtlaşdırmaq” üçün onların yaddaşını təmizləmək lazımdır. Allah Çingiz Aytmatova rəhmət eləsin.

Bircə ümidimiz göydə Uca Allaha, yerdə Möhtərəm Prezidentə qalıb. Biz əminik ki, bu yazılanların çox yox 10%-i onlara gedib çatsa hər şey yaxşı olacaq.

yenixeber.org

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:84
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 28 Yanvar 2025 16:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see304

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see277

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see248

Xainliyin GİZLİ ARXİTEKTURASI: Dövlətə xəyanətin fəlsəfi kökləri və beşinci kolonun Azərbaycan modeli

03 Dekabr 2025 14:30see196

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see184

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see166

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see165

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see162

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see146

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see141

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see140

“Futbolçularımın haqqını verməliyəm” Dambrauskas İdmanXəbər

03 Dekabr 2025 17:55see133

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see131

Aralıq dənizində 4 bal gücündə zəlzələ olub

04 Dekabr 2025 00:29see129

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see129

Neymar və het trik

04 Dekabr 2025 09:17see128

GÜNÜN QOROSKOPU: Sevgi münasibətlərində xoş sürprizlər mümkündür

04 Dekabr 2025 00:31see128

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see128

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see126

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri