Icma.az
close
up
RU
Biz birlikdə daha böyük uğurlara imza ata bilərik Vilayət Vəliyev

Biz birlikdə daha böyük uğurlara imza ata bilərik Vilayət Vəliyev

Sia Az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Texnologiyanın sürətlə inkişaf etdiyi indiki dövrdə universitetlərin üzərinə düşən vəzifələr də getdikcə artır. Təkcə elmi nailiyyətlər və təhsil uğurları deyil, həm də sosial məsuliyyət, mədəni dəyərlərin qorunması və beynəlxalq əməkdaşlığın inkişafı əsas hədəflərimizdən biridir". SİA-nın verdiyi məlumata görə, bu sözləri tədbir zamanı Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev deyib.

O bildirib ki, Azərbaycan Texniki Universiteti olaraq biz təkcə ölkəmiz daxilində deyil, beynəlxalq miqyasda da mühüm təşəbbüslərlə çıxış edirik. Tələbələrimizin bilik və bacarıqlarını artırmaq, onları dünya səviyyəsində rəqabətədavamlı mütəxəssislərə çevirmək bizim əsas prioritetimizdir: "Bu istiqamətdə atılan addımların nəticələrini artıq görməyə başlamışıq. Hazırda həyata keçirilən layihələr, tələbə mübadilələri, elmi-tədqiqat əməkdaşlıqları və ikitərəfli forumlar bizim akademik ailəmizin daha da güclənməsinə səbəb olur. Bu, sadəcə təhsil sahəsində deyil, eyni zamanda iqtisadi və sosial sahələrdə də ölkəmizin inkişafına töhfə verir.

Biz inanırıq ki, ortaq hədəflər və qarşılıqlı hörmət prinsipi əsasında qurulan əməkdaşlıq bütün tərəflər üçün faydalı olacaq. Qarşımızda yeni imkanlar var və bu imkanlardan səmərəli şəkildə istifadə etmək üçün birliyimizi qorumağa davam etməliyik. Ən əsası isə gənclərə güvənməliyik. Çünki gələcəyimizin əsası elə onların təhsili, bilikləri və məsuliyyət hissidir. Onların inkişafı naminə gördüyümüz hər bir iş – istər elmi, istər sosial, istərsə də texnoloji – sabahın daha güclü Azərbaycanını qurmaq üçündür. Bu mərhələdə hər birinizin rolu və dəstəyi olduqca önəmlidir. Biz birlikdə daha böyük uğurlara imza ata bilərik. Sonda bir daha təşəkkür edir, hər birinizə gələcək fəaliyyətlərinizdə uğurlar arzulayıram".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:162
embedMənbə:https://sia.az
archiveBu xəbər 02 İyul 2025 15:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri