Icma.az
close
up
RU
AzTU nun yeni rəsmi veb saytı istifadəyə verilib

AzTU nun yeni rəsmi veb saytı istifadəyə verilib

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 7 may, AZƏRTAC

Azərbaycan Texniki Universitetinin (AzTU) rəqəmsal transformasiya strategiyasının tərkib hissəsi olaraq universitetin yeni rəsmi veb-saytı (aztu.edu.az) istifadəyə verilib. Beynəlxalq ali təhsil standartlarına uyğun hazırlanan yeni platforma universitetin müasir idarəetmə yanaşmalarını, açıq informasiya siyasətini və innovativ inkişaf istiqamətlərini özündə əks etdirir.

AzTU-dan AZƏRTAC-a bildirilib ki, yeni veb-sayt müasir dizayn konsepsiyası əsasında qurulub və istifadəçi təcrübəsini yaxşılaşdırmaq məqsədilə intuitiv interfeyslə təmin olunub. Platformada strukturlaşdırılmış menyu sistemi, optimallaşdırılmış axtarış mexanizmi və sürətli naviqasiya imkanları istifadəçilərin ehtiyac duyduqları məlumatlara daha operativ çıxışını təmin edir. Sayt həm masaüstü, həm də mobil cihazlar üçün tam uyğunlaşdırılıb ki, bu da istifadə rahatlığını daha da artırır.

Yeni platformanın əsas üstünlüklərindən biri inteqrasiya olunmuş informasiya mühitidir. Bu mühit vasitəsilə tələbələr, müəllimlər və inzibati heyət üçün vacib olan məlumatlar vahid mərkəzdə toplanır və daim yenilənir. Təhsil proqramları, qəbul prosesi, elmi fəaliyyət, beynəlxalq əməkdaşlıq, tədbirlər və xəbərlər bölmələri daha sistemli və əlçatan formada təqdim olunur. Eyni zamanda, veb-saytda tərəfdaş qurumlar və xarici istifadəçilər üçün universitet haqqında ətraflı və şəffaf məlumat əldə etmək imkanları genişləndirilib.

Veb-saytın funksionallığı da əhəmiyyətli dərəcədə təkmilləşdirilib. Müxtəlif xidmətlərin rəqəmsallaşdırılması nəticəsində istifadəçilər bir sıra prosesi onlayn şəkildə həyata keçirə bilirlər. Bu isə həm vaxt itkisini azaldır, həm də idarəetmədə operativliyi və şəffaflığı artırır. Platforma eyni zamanda təhlükəsizlik standartlarına uyğun hazırlanıb və məlumatların qorunması istiqamətində müasir texnoloji həllərlə təmin olunub.

Layihə AzTU-nun Tədqiqat, inkişaf və reputasiya departamenti tərəfindən həyata keçirilib və universitetin institusional inkişafına mühüm töhfə kimi qiymətləndirilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:149
embedMənbə:https://azertag.az
archiveBu xəbər 07 May 2026 16:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri