AZTV dən məktəblilərə geyim qaydaları ilə bağlı PAYLAŞIM
Bakivaxti saytına istinadən Icma.az xəbər verir.
AZTV məktəblərdə geyim qaydalarına riayət olunması ilə bağlı video yayımlayıb.
Bakıvaxtı.az xəbər verir ki, “Məktəbdə geyim qaydalarına riayət edək” başlıqlı videoda məktəblilərin müəyyən edilmiş geyim qaydalarına əməl etməsinin vacibliyi diqqətə çatdırılıb.
Xatırladaq ki, Nazirlər Kabinetinin 21 sentyabr 2026-cı il tarixli 309 nömrəli qərarı ilə dövlət ümumi təhsil müəssisələrində şagirdlərin geyim formalarına dair tələblərə dəyişiklik edilib.
Qərara əsasən, müəyyən edilmiş məktəbli formasının vahidliyini pozan, eləcə də ümumi təhsilin dünyəvilik prinsipinə uyğun olmayan digər geyim elementlərindən istifadəyə yol verilmir.
Sənədə görə, valideynlər və ya digər qanuni nümayəndələr uşaqlarının geyim qaydalarına riayət etməsini təmin etməlidirlər. Bu tələblərə əməl olunması ilə bağlı məsələlər isə məktəbin Pedaqoji Şurası tərəfindən həll edilir.
Eyni zamanda, Azərbaycan xalqının tarixi, mədəniyyəti və milli-mənəvi dəyərləri ilə bağlı tədbirlərdə Pedaqoji Şuranın qərarı ilə milli geyimlərdən və ya onların elementlərindən istifadə oluna bilər.
Qeyd edək ki, qərarda hicab ayrıca adlandırılmır. Buna görə də sənədin konkret hallarda necə tətbiq edilməsi məsələsini qərarın mətnindən kənar fərziyyələrlə təqdim etmək düzgün olmaz.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:190
Bu xəbər 09 Oktyabr 2026 11:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















