Icma.az
close
up
RU
““Azure Residence”də baş verənlərlə bağlı deyilənlər həqiqətəuyğun deyil”

““Azure Residence”də baş verənlərlə bağlı deyilənlər həqiqətəuyğun deyil”

Tribuna saytına istinadən Icma.az xəbər verir.

“Yeni Həyat Şirkətlər Qrupu” MMC Bakının Xətai rayonunda yerləşən “Azure Residence”in binasında istilik sisteminin dayandırılması ilə bağlı yayılan məlumata münasibət bildirib.

Məlumatda bildirilib ki, deyilənlər həqiqətə uyğun deyil.

“Davud Məmmədovun (sakin-red) ictimaiyyətə verdiyi məlumat tamamilə yanlışdır. “Azure Residence” mərkəzi qazanxana sistemi ilə təchiz edilmiş premium yaşayış kompleksidir. Binada yaşayan sahə mülkiyyətçilərini ümumi əmlakın saxlanması xərclərini vaxtında ödənilməsinə mane olur və nəticədə aidiyyatı (Azərişıq ASC, Azəriqaz İB, Liftlərin servisi, Məişət tullantılarının daşınması və sair) qurumlara kreditor borc yarandığından xidmətlər zəifləmişdi. Davud Məmmədov bina sakinləri arasında ödəniş edilməməsinə çağırış edərək kommunal yığımların aşağı salınmasına nail olmuş və nəticə etibarilə gördüyünüz kimi bina sakinlərinin rahat həyat şəraiti pozulub. Bundan əlavə, bir sakinin müraciəti ilə məhkəmə qərarı (yerli baxış keçirilmədən və digər 323 sakinin istəklərini nəzərə almadan) binanın bələdiyyəyə təhvil verilməsi ilə bağlı qərar qüvvəyə minən kimi tərəfimizdən xidmətlərin dayandırılması, təhvil-təslim verilməsi ilə əlaqədar bildirişlər elan lövhələrində və əlçatan yerlərdə yerləşdirilib.

Davud Məmmədov

Həmçinin də bu işdə bizə dəstək olmaları üçün Xətai rayon Bələdiyyəsinə müraciət edilmişdir. Davud Məmmədov təhvil təslim prosedurundan yayınaraq obyekti qeyri qanuni “ələ keçirmə” reydi aparıb! Hazırda özbaşınalıq edərək sakinlərdən vəsait toplayır! Ən təəssüf doğuran hal isə odur ki, yazıda qeyd olunan şikayətçi Davud Məmmədov – Vəkillər Kollegiyasının üzvü, hüquqşünas olmasına baxmayaraq, məsələləri hüquqi müstəvidə deyil, mətbuat üzərindən, təzyiq və təhqir yolu ilə həll etməyə çalışır. Bu, həm peşə etikası, həm də vəkil davranış qaydalarının pozulmasıdır. Kütləvi informasiya vasitələrinə müraciət etməyi son çıxış yolu seçən Davud Məmmədov bu addımla ajiotaj və çaşqınlıq yaradaraq sakinlərin rahatlığının pozulmasına dair atdığı addımı ört-basdır edərək yaranmış vəziyyətdən yayınmaq istəyir. Ümid edirik ki, Davud Məmmədovun bu hərəkətlərinə hüquq-mühafizə orqanlarında və vəkillər kalleqiyasında qiymət veriləcək”, – məlumatda qeyd olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:72
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 02 Noyabr 2025 00:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see642

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see274

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see247

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see231

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see217

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see196

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see193

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see179

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see173

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see166

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see162

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see155

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see152

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see147

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see143

“Qarabağ”ın qapıçısı Çempionlar Liqasında ilk “10 luq”da yer alıb

01 Fevral 2026 08:37see141

Cəlilabadda DƏHŞƏT: Qardaşının azyaşlı uşaqlarına ağır xəsarətlər yetirdi

01 Fevral 2026 18:03see141

İsrailin Qəzzanı tamamilə ələ keçirmək planı qüvvədədir ŞƏRH

01 Fevral 2026 09:35see140

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see140

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri