Icma.az
close
up
RU
“O, özbaşınalıq edərək sakinlərdən vəsait toplayır” “Azure Residence”dən açıqlama

“O, özbaşınalıq edərək sakinlərdən vəsait toplayır” “Azure Residence”dən açıqlama

Icma.az bildirir, Qafqazinfo portalına istinadən.

Bakının Xətai rayonunda yerləşən “Yeni Həyat Şirkətlər Qrupu” MMC-yə məxsus “Azure Residence”in binasının sakinləri istilik sisteminin dayandırılmasından və binanın idarəçiliyində yaranmış problemlərdən narazı olması ilə bağlı məlumat yayılıb.

“Qafqazinfo” Oxu.Az-a istinadla xəbər verir ki, şikayətçi Davud Məmmədov “Azure Residence”in binanı Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətinə (MMMC) təhvil verməkdən imtina etdiyini bildirib.

Şikayətçinin sözlərinə görə, şirkət liftlərin kart sistemlərini, giriş qapılarının təhlükəsizlik mexanizmlərini söküb, qəbul masalarını binadan çıxarıb. D. Məmmədov iddia edir ki, binada yerləşən mərkəzi qazanxana sakinlərə verilmir.

***

Sözügedən məsələ ilə bağlı şirkətdən “Qafqazinfo”ya verilən açıqlamada qeyd olunub ki, şikayətçi Davud Məmmədovun ictimaiyyətə verdiyi məlumat tamamilə yanlışdır:

“Azure Residence” mərkəzi qazanxana sistemi ilə təchiz edilmiş premium yaşayış kompleksidir. Binada yaşayan sahə mülkiyyətçilərini ümumi əmlakın saxlanması xərclərini vaxtında ödənilməsinə mane olur və nəticədə aidiyyəti – “Azərişıq” ASC, “Azəriqaz” İB, liftlərin servisi, məişət tullantılarının daşınması və s. qurumlara kreditor borc yarandığından xidmətlər zəifləmişdi”.

Bildirilib ki, D. Məmmədov bina sakinləri arasında ödəniş edilməməsinə çağırış edərək kommunal yığımların aşağı salınmasına nail olmuş və nəticə etibarilə gördüyünüz kimi bina sakinlərinin rahat həyat şəraiti pozulmuşdur:

“Bundan əlavə, bir sakinin müraciəti ilə məhkəmə qərarı (yerli baxış keçirilmədən və digər 323 sakinin istəklərini nəzərə almadan – red.) binanın bələdiyyəyə təhvil verilməsi ilə bağlı qərar qüvvəyə minən kimi tərəfimizdən xidmətlərin dayandırılması, təhvil-təslim verilməsi ilə əlaqədar bildirişlər elan lövhələrində və əlçatan yerlərdə yerləşdirilmişdir. Həmçinin də bu işdə bizə dəstək olmaları üçün Xətai rayon Bələdiyyəsinə müraciət edilmişdir”.

İddia olunub ki, şikayətçi D. Məmmədov təhvil təslim prosedurundan yayınaraq obyekti qeyri qanuni “ələ keçirmə” reydi aparıb:

“Hazırda özbaşınalıq edərək sakinlərdən vəsait toplayır. Ən təəssüf doğuran hal isə odur ki, yazıda qeyd olunan şikayətçi Davud Məmmədov – Vəkillər Kollegiyasının üzvü, hüquqşünas olmasına baxmayaraq, məsələləri hüquqi müstəvidə deyil, mətbuat üzərindən, təzyiq və təhqir yolu ilə həll etməyə çalışır. Bu, həm peşə etikası, həm də vəkil davranış qaydalarının pozulmasıdır”.

“Kütləvi informasiya vasitələrinə (şantaj məqsədi ilə) müraciət etməyi son çıxış yolu seçən  Davud Məmmədov bu addımla ajiotaj və çaşqınlıq yaradaraq sakinlərin komfortunun pozulmasına dair atdığı addımı ört-basdır edərək yaranmış vəziyyətdən yayınmaq istəyir. Ümüd edirik ki, Davud Məmmədovun bu hərəkətlərinə hüquq-mühafizə orqanlarında və Vəkillər Kollegiyasında qiymət veriləcək”, – deyə açıqlamada qeyd olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:178
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 01 Noyabr 2025 18:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see320

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see286

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see278

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see274

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see269

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see265

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see263

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see248

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see243

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see239

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see229

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see228

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see225

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see225

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see223

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see220

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see216

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see202

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see197

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri