Icma.az
close
up
RU
Azyaşlı qızlar barlarda min oyundan çıxanda niyə narahat olmurlar Sərt cəza tələbi

Azyaşlı qızlar barlarda min oyundan çıxanda niyə narahat olmurlar Sərt cəza tələbi

Icma.az, Olke.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Niyə 17 yaşlı qızlar hüquqi yaşdan yarım il, bir il tez evlənəndə, “erkən nikah” adı altında hay-həşir salanlar, 12-15 yaşlı qızlar əxlaqsızlıq yuvalarında, küçələrdə, açıq şəkildə, ərəb turistlərinin qabağında, diskotekalarda, barlarda min oyundan çıxanda narahat olmurlar?!”

Bu sözləri Ölkə.Az-a bar və qəlyan çəkilən yerlərdə azyaşlı qızların olması barədə sosial şəbəkələrdəki müzakirələrdən danışan sosial məsələlər üzrə ekspert Elçin Bayramlı deyib. O, yaranmış vəziyyəti “mənəvi dəyərlərimizə qarşı müharibə” adlandırıb:

“Belə çıxır ki, bir qrup adam Azərbaycan milli-mənəvi dəyərlər sistemini çökdürmək üçün xaricdən maliyyələşərək xüsusi bir təbliğat müharibəsi aparır. Yəni bunların dediyindən belə çıxır ki, bir neçə ay tez belə olsa evlənmək qadağandır, amma lap azyaşlı qızların (12-14 yaş) əxlaqsızlıq yuvalarında min oyundan çıxması, küçələrdə tərbiyəsizlik, əxlaqsızlıq etməsi, diskotekalardan yığışmaması çox müsbət bir haldır və buna qarşı səsini çıxarmaq olmaz.

Mən bu adamların bir dəfə də bu məsələləri qaldırdığını görməmişəm. Ümumiyyətlə, ölkədə 2–3 nəfərdən başqa heç kim bu məsələyə diqqət çəkmir. Halbuki bu daha dəhşətli problemdir. Bu, birbaşa əxlaqsızlığın tüğyanıdır və sosial-psixoloji cəhətdən də cəmiyyətin deqredasiyası deməkdir.

Açıq şəkildə belə çıxır ki, bu qüvvələr xarici ölkələr tərəfindən maliyyələşdirilir. Çünki açıq şəkildə Azərbaycan milli-mənəvi dəyərlərinə qarşı müharibə aparırlar. Çox böyük hay-həşir salırlar. Hətta bizdə evlilik üçün qanununvericilikdə yaş həddi 18 olsa da, 18-19 yaşda evlənənlərə irad tuturlar ki, yox, qadın karyerası ilə məşğul olmalıdır, 30–35 yaşdan sonra baxar. Çox təəssüf ki, cəmiyyətimiz belələrinə reaksiya vermir və nəticədə belə bir vəziyyət yaranır”.

E.Bayramlı azyaşlı və yeniyetmələrin klub və barlara getməsinə görə, 90% valideynlərin, 10% isə cəmiyyyətin təqsirkar olduğunu düşünür:

“Yaşı az olanların belə məkanlarda olması birinci növbədə valideynlərin günahıdır. Yəni, 90% valideynlər günahkardır. Necə ola bilər ki, bir valideyn öz uşağının az yaşdan etibarən pis yola düşməsinə, əxlaqsızlıq meyillərinə, biabırçı vəziyyətlərə gəlib çıxmasına şərait yaratsın, göz yumsun. Bu, birbaşa uşağın həyatını, psixologiyasını, sağlamlığını məhv etməkdir. Norveç kimi bəzi ölkələrdə uşağın psixi və fiziki sağlamlığına zərər vuran, tərbiyə cəhətdən valideyn funksiyalarını yerinə yetirməyən valideynlər cəzalandırılır və uşaq əlindən alınır. Hesab edirəm ki, bəlkə də bizdə də minlərlə, on minlərlə valideynin uşaqları əlindən alınmalıdır. Çünki övladlarını məhv edirlər.

Cəmiyyətin reaksiyasına gəldikdə isə onların vecinə də deyil. Dövlət isə qanuni cəhətdən belə hallar olanda tədbirlər görür və s. Amma qarşısını almaq üçün cəzalar ağırlaşdırılmalıdır.

Azyaşlı və yeniyetmələrin bu kimi obyektlərə buraxılması qadağandır, amma rahat şəkildə buraxılır. Bu obyektlərin sahibləri üçün yeganə dəyər puldur. Pul üçün bütün dəyərlərini satırlar. Belədirsə, onda dövlət cəzaları sərtləşdirməlidir. Başqaları da bu barədə məlumatlı olanda hüquq-mühafizə orqanlarına xəbər verməlidir ki, qarşısı alınsın”.

Ekspert gənclərin “müasirlik” adı altında mənfi istiqamətlərə yönəldiyini deyərək vəziyyətdən gileylənib:
“Gözümüzün qabağında gənclərimiz “müasirlik”, “azadlıq” adı altında çox mənfi istiqamətlərə yönəlir və bu, domino effekti kimi başqalarına da təsir edir. Bunun qarşısı alınmalıdır.
Bu sahəyə baxan təşkilat və qurumlar lazımi qədər iş görmürlər. Məsələn, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, uşaq təşkilatları və digər müxtəlif orqanlar daha ciddi iş aparmalıdırlar. Bu biabırçılığın qarşısı alınmalıdır. 

Uşaqlarımızı qorumalıyıq. Biz sağlam gələcək, sağlam cəmiyyət, sağlam dövlət istəyiriksə, indidən bunun qarşısını almalıyıq. 

Cənab Prezident də dəfələrlə çıxışlarında açıq şəkildə birbaşa deyib ki, Azərbaycan xalqı, cəmiyyəti, gəncləri yalnız milli-mənəvi dəyərlər bazası üzərində inkişaf edəcək, belə davam edəcək. Bizim bir nömrəli prioritetimiz budur.

Həm cəmiyyət, həm müvafiq təşkilatlar, həm media bununla bağlı narahat olmalı və iş aparmalıdır. Televiziyalarda uşaqların psixologiyasını pozan, onlara mənfi dəyərlər təbliğ edə bilən açıq təbliğatlar gedir.

İnternet məkanında isə tamamilə bir biabırçılıq nümunəsidir: valideynlər 5–10 yaşlı uşaqların əlinə böyük bir telefon verir və heç bir nəzarət yoxdur. Azyaşlılar virtual dünyada belə psixotron terrora məruz qalır, real dünyada da digərlərinin tələsinə düşürlər. Uşaqlara nəzarət artırılmalıdır. Həm ailədə, həm məktəbdə, həm də xüsusi təşkilatlar, dövlət orqanları, filan bu sahəyə baxan qurumlar da həm nəzarəti ciddiləşdirməli, belə hallara qarşı cəzalar dəfələrlə sərtləşdirilməlidir. Bunun başqa həll yolu yoxdur”.

Billurə Yunus

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://olke.az
archiveBu xəbər 25 Dekabr 2025 19:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

24 Dekabr 2025 15:21see259

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see189

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see174

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see161

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see159

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see157

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see157

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see157

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see155

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see151

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see146

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see144

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see140

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see139

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see138

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see137

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see137

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see136

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see133

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri