Şəhərin mərkəzində “07” ilə “drift” edib “yolka”ya girdi Polis qaçan sürücünü saxladı VİDEO
Icma.az bildirir, Avtosfer saytına əsaslanaraq.
Avtomobillə şəhərin mərkəzində quraşdırılmış “yolka”nı vurub aşıran sürücü saxlanılıb. Avtosfer.az xəbər verir ki, Qazaxıstanın Sarıağaş şəhərində baş verən hadisə kameraya düşüb.
Belə ki, axşam saatlarında “VAZ-2107” markalı avtomobilin sürücüsü şəhər mərkəzinin əsas küçələrindən birinə Yeni İllə əlaqədar bəzədilmiş şam ağacı ətrafında “drift şou” göstərmək qərarına gəlib.
Bir neçə dəfə “drift” hərəkətləri edən sürücü, sükan idarəetməsini itirərək avtomobili “yolka”ya çırpıb.
Zərbənin təsirindən şam ağacı aşaraq yararsız vəziyyətə düşüb, sürücü isə hadisə yerindən qaçıb.
Polis müşahidə kameralarını izləyərək günahkarı tez bir zamanda müəyyən edərək yaxalayıb.
Sözügedən hadisənin anbaan videosunu təqdim edirik:
Namiq Musayev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 25 Dekabr 2025 20:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















