Icma.az
close
up
RU
Azyaşlı uşaqları olan valideynlərin nəzərinə Təhlükəli virus yayılır

Azyaşlı uşaqları olan valideynlərin nəzərinə Təhlükəli virus yayılır

Qafqazinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Mövsümi dəyişikliklər fonunda xüsusilə uşaqlar arasında geniş yayılan norovirus son dövrlərdə ən çox rast gəlinən və sürətlə artan virus infeksiyalarından biri kimi diqqət çəkir.

“Qafqazinfo” “Hürriyet”ə istinadən xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, norovirus qəfil başlayan qusma, ishal, qarın ağrısı və bəzən qızdırma ilə özünü göstərir.

Bildirilir ki, bu virusun ən ciddi təhlükəsi qısa müddətdə bədəndə güclü maye itkisinə səbəb olmasıdır.

Ən böyük təhlükə maye itkisidir və xüsusilə azyaşlı uşaqlarda bu vəziyyət saatlar ərzində ağırlaşa bilər.

Məlumata görə, uşaqlarda sidik ifrazının azalması, ağız quruluğu, göz yaşlarının azalması, halsızlıq, qida qəbulundan imtina və yuxululuq kimi əlamətlər müşahidə olunarsa, dərhal tibbi yardım göstərilməlidir.

Norovirusun ən təhlükəli xüsusiyyətlərindən biri onun çox sürətlə yayılmasıdır. Məktəb və uşaq bağçaları kimi izdihamlı mühitlərdə virus asanlıqla ötürülür. Qapı tutacaqları, oyuncaqlar və tez-tez toxunulan səthlər belə yoluxma mənbəyinə çevrilə bilər.

Mütəxəssislər qeyd edirlər ki, bir yoluxmuş uşaq qısa müddətdə ailənin digər üzvlərinə də virusu ötürə bilər. Eyni zamanda, xəstəliyin müalicəsində ən çox edilən səhvlərdən biri antibiotiklərin istifadə olunmasıdır.

Vurğulanır ki, norovirus virus mənşəli olduğu üçün antibiotiklər təsirsizdir. Ən effektiv müalicə isə itirilmiş mayenin bərpasıdır. Valideynlərə uşaqlara bol maye verilməsi tövsiyə olunur.

Qeyd edək ki, norovirus əksər hallarda bir neçə gün ərzində öz-özünə keçib gedir. Lakin uşaqlarda maye itkisi sürətlə arta bildiyindən, simptomların diqqətlə izlənilməsi və vaxtında müdaxilə böyük əhəmiyyət daşıyır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:292
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 03 Aprel 2026 03:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see317

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see299

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see296

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see291

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see278

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see277

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see256

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see253

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see250

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see243

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see242

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see235

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see229

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see218

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see214

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see210

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see201

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see192

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri