Icma.az
close
up
RU
Azyaşlıları erkən yaşda hazırlığa qoymaq onlara necə təsir edir? EKSPERTLƏRDƏN VALİDEYNLƏRƏ XƏBƏRDARLIQ

Azyaşlıları erkən yaşda hazırlığa qoymaq onlara necə təsir edir? EKSPERTLƏRDƏN VALİDEYNLƏRƏ XƏBƏRDARLIQ

Icma.az, News24 portalına istinadən məlumat yayır.

Uşaqların təhsilə erkən yaşda başlaması müasir dövrdə geniş müzakirə olunan mövzulardan biridir. Bir çox valideynlər övladlarının intellektual və sosial inkişafını sürətləndirmək üçün erkən yaşda təhsilə başlamasını dəstəkləsələr də, bəzi ekspertlər bunun uşağın psixoloji və emosional durumuna mənfi təsir göstərə biləcəyini qeyd edirlər. 

Erkən təhsilin uşaqların bilik və bacarıqlarını artırdığı, sosiallaşmanı asanlaşdırdığı bildirilir, lakin eyni zamanda həddindən artıq yüklənmənin stressə və motivasiya azalmasına səbəb olma ehtimalı da var.

Bəs uşaqların erkən yaşda təhsilə başlamasının faydaları və mümkün zərərləri nələrdir və bu mövzuda valideynlərin yanaşması necədir?

News24.az bildirir ki, mövzu ilə bağlı pediatr Aytən Ziyadova Avtosfer.az-a açıqlamasında bildirib ki, uşaqların erkən yaşda təhsilə başlamasının həm faydaları, həm də mümkün zərərləri mövcuddur:

“Bu məsələ tədqiqatlar və valideynlərin fərdi təcrübələri əsasında müxtəlif baxış bucaqlarından qiymətləndirilir. Valideynlərin yanaşması isə adətən şəxsi təcrübələrə və uşaqlarının inkişaf ehtiyaclarına uyğun olaraq dəyişir.

Erkən təhsil uşaqların kognitiv inkişafını gücləndirir, onların dil bacarıqlarını, diqqətini və yaddaşını inkişaf etdirməyə kömək edir. Beynin sürətli inkişaf etdiyi bu dövrdə yeni biliklər öyrənmək daha asan olur və bu, uşaqların akademik bacarıqlarını artırır. Bununla yanaşı, sosial bacarıqların inkişafı da erkən təhsilin mühüm üstünlüklərindən biridir. Uşaqlar məktəbəqədər təhsil müəssisələrində digər uşaqlarla ünsiyyət qurur, əməkdaşlıq edir və qrup halında işləməyi öyrənirlər. Erkən yaşda təhsilə başlayan uşaqların məktəb həyatında daha uğurlu nəticələr əldə etdiyi və daha yüksək akademik göstəricilər nümayiş etdirdiyi müşahidə olunub. Həmçinin erkən təhsil emosional inkişafa da müsbət təsir göstərir. Uşaqlar özlərini ifadə etməyi öyrənir, məsuliyyət hissləri artır və özünə inam qazanırlar”.

Pediatr qeyd edib ki, erkən təhsilin müəyyən mənfi cəhətləri də mövcuddur:

“Bəzi uşaqlar yaşıdlarından daha çox akademik təzyiq altında hiss edə bilər ki, bu da onların təhsilə qarşı neqativ münasibət formalaşdırmasına səbəb ola bilər. Digər bir problem isə ailədən uzaqlaşma və evdə keçirdikləri vaxtın azalmasıdır. Bu, uşağın ailə üzvləri ilə emosional bağlarının zəifləməsinə gətirib çıxara bilər. Fiziki fəaliyyətin məhdudlaşması da erkən təhsilin digər mümkün mənfi təsirlərindən biridir. Uşaqların uzun saatlar oturaq vəziyyətdə qalması onların sağlamlığına mənfi təsir edə bilər.

Valideynlərin bu məsələyə yanaşması fərqlidir. Bəzi valideynlər erkən təhsilin uşaqları üçün faydalı olduğuna inanır və onların gələcək uğurları üçün bu addımı vacib hesab edirlər. Digərləri isə erkən təhsilin uşağın təbii inkişafını poza biləcəyindən narahatdırlar və onların uşaqlıq dövrünü daha sərbəst və stressiz keçirməsini üstün tuturlar”.

Aytən Ziyadova sonda onu da vurğulayıb ki, qeyd olunan səbəblərə görə valideynlər uşaqlarının məktəbə başlamadan əvvəl və sonra onların inkişafını diqqətlə izləməli, psixoloji və emosional ehtiyaclarını nəzərə almalıdırlar:

“Erkən təhsilə başlama qərarı fərdi olaraq uşağın ehtiyaclarına uyğun şəkildə verilməli və akademik biliklərlə yanaşı, fiziki və emosional inkişaf da dəstəklənməlidir.

Ümumilikdə, erkən yaşda təhsilin faydalı olub-olmaması uşağın fərdi xüsusiyyətlərindən, ailənin təhsil yanaşmasından və sosial mühitin təsirindən asılıdır. Bu səbəbdən, hər bir ailə uşağının inkişafına uyğun qərar verməli və onun bütün ehtiyaclarını nəzərə almalıdır”.

Təhsil ekpserti Elmin Nuriyevin fikrincə, qanunda göstərilir ki, məktəbə qəbul altı yaşdan başlanır:

“Dərs ilinin başlanmasına qədər altı yaşı tamam olmamış xüsusi istedadlı ilə seçilən beş yaşlı uşaqlar da yalnız valideyn arzusu ilə yəni könüllü şəkildə məktəbə xüsusi prosedurlardan sonra qəbul edilə bilərlər. Yerdə qalan yaş limiti isə minimum altı yaşdan başlamalıdır. Dünyanın müxtəlif ölkələrində məktəbəhazırlıq qruplarına təhsil altı yaşdan tez başlanılır. Amma söhbət peşəkar təhsil, tədris həyatından gedirsə, bunun yaş limiti minimum altı yaşdan etibarən hesablanmalıdır. Sovet pedaqoqları da vaxti ilə uşaqların məktəbə yeddi yaşdan başlamasına təkid ediblər. Bunun bir çox fizioloji, zehni və əsasən də psixoloji səbəbləri var. Hər üç detal burada birləşir. Orta statistik uşaqlardan söhbət gedirsə, onların dərs həyatına başlaması yeddi yaşdan olsa daha yaxşıdır”.

Ekspert xüsusi istedadlılar üçün yeni tətbiq olunan qərara ehtiyac olmadığını da xüsusi qeyd edib:

“Bəli, uşaq xüsusi istedadlıdır, vunderkindi, lap yaxşı. Lakin iki il müddətinə o da gözləməlidir. Bu iki ilin ona qazandıracağı bacarıqlar məktəbə iki il tez getməklə qazanacağı bacarıqdan artıq olacaq.

Biz sadəcə bütün məsələlərdə olduğu kimi, burada da kimlərinsə təcrübəsini olduğu kimi tətbiq etmək istəyirik. Məsələn, bir neçə il bundan əvvəl bir neçə Qərbi Avropa dövlətində  uşaqların 3 yaşdan etibarən məktəbə başlamaları haqqında müzakirələr getdi. Burada məktəb deyərkən, bizimki kimi birbaşa kitablarla ağır dərs yükü ilə əhatə olunmuş tədris mühiti nəzərdə tutulmur. Onların 3-6 yaş aralığındakı uşaqlar qrupu üçün hazırladığı tədris proqramı elə bizim məktəbəqədər müəssisələrdə, yəni bağçalardakı təlim-tərbiyə metodlarından çox da fərqlənmir. Yəni, orada yaş dövrünün xüsusiyyətləri çox incələnib. Bizdə isə məktəbəhazırlıq qrupları 5 yaşdan başlayır və könüllülük prinsipi əsasında aparılır. Şəxsən mən məktəbəhazırlıq qruplarının icbari deyil, könüllülük əsası ilə təşkilini çox da təqdir etmirəm. Bunun da müəyyən zərərləri var: məsələn, hazırlıq qruplarına gedən şagirdlərlə getməyənlər arasında birinci sinif tədrisinə başlayarkən çox fərqlər olur. Təsəvvür edin, əlifbanı bilənlərlə bilməyənlər eyni start nöqtəsindən ibtidai təhsilə başlayır. Bu zaman birinci qrupa, yəni “bilənlər”ə diqqət daha çox ayrılır, onların bacarıqları, nələrisə əvvəldən bilmələri digər qrupa, “bilməyənlər”ə qaxınc edilir. Bu, az qala, bir il müddətində beləcə davam edir”.

Elmin Nuriyev son olaraq bildirib ki, həssas uşaq psixologiyası isə bunu qəbul etmir:

“Bir başqa variantla, müəllim hazırlıq qruplarına gedib müəyyən hazırlığı olanlarla olmayanlar arasında fərqi aradan qaldırmaq üçün ikincilərlə daha çox məşğul olur, bütün diqqətini onlara yönəldir. Belə olanda da birinci qrup, yəni “bilənlər qrupu” xüsusi əziyyət çəkir. Hər iki halda bu yanaşma səhvdir. Odur ki, xahiş edirəm, məktəbəhazırlıq qrupları ya birdəfəlik icbari əsasla təşkil olunsun, ya da ümumiyyətlə ləğv edilsin".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:249
embedMənbə:https://news24.az
archiveBu xəbər 09 Mart 2025 08:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Landmark” bu dəfə Sahil Bababyevin idarəçiliyinə keçdi

21 Oktyabr 2025 11:26see341

Yarım əsrimə qədəm qoydum

21 Oktyabr 2025 20:33see248

La Liqa ABŞ da keçiriləcək “Barselona” “Vilyarreal” matçının ləğv edildiyini açıqlayıb

22 Oktyabr 2025 00:15see237

AZAL da yarıtmaz idarəçilik, yoxsa... Təyyarələrdə yaranan problemlər nəylə bağlıdır? (VİDEO)

21 Oktyabr 2025 09:20see219

Türkiyədə FETÖ əməliyyatı : 286 nəfər saxlanıldı

22 Oktyabr 2025 06:53see195

Təl Əvivdən Bakıya reyslər bərpa edilir

21 Oktyabr 2025 19:39see190

“Azərkosmos” peyk istehsalına hazırlaşır kosmik sənayenin inkişafında yeni mərhələ

21 Oktyabr 2025 19:12see189

Toyuq əti və yumurta bahalaşacaq SƏBƏB BUDUR KONKRET

22 Oktyabr 2025 12:02see180

3 boksçumuz da qalib oldu

22 Oktyabr 2025 10:54see176

Dabaq xəstəliyi xaricdən gətirilən ət məhsullarına tələbatı artırdı (VİDEO)

21 Oktyabr 2025 23:40see167

Azərbaycan ötən ay genişzolaqlı internetin orta sürətinə görə Cənubi Qafqazda liderliyini saxlayıb

21 Oktyabr 2025 13:54see166

Bakı Tehran: yeni etimad mərhələsi

22 Oktyabr 2025 09:59see157

“Həyatın mənası yaşla necə dəyişir? Yeni tədqiqat

21 Oktyabr 2025 15:52see157

Atletiko ya can verməyən Qarabağ Atletik in də öhdəsindən gələ bilər

21 Oktyabr 2025 17:36see136

Suriya universitetlərində Türk dili və Ədəbiyyatı bölümü YARADILIB

22 Oktyabr 2025 16:35see133

Ruslar Çin avtomobillərindən narazılıq edirlər...

21 Oktyabr 2025 23:06see132

Daha 8 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

21 Oktyabr 2025 17:38see130

Türkiyə XİN: Knessetin İordan çayının Qərb sahili ilə bağlı qərarı beynəlxalq hüquqa ziddir

22 Oktyabr 2025 23:42see130

VK sədri Dünya Məktəbinin şagirdləri ilə görüşüb FOTOLAR

22 Oktyabr 2025 10:52see128

Özünü maşın vurub öldürdü, xəbəri alan atasının da ürəyi dayandı Foto

22 Oktyabr 2025 07:17see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri