Icma.az
close
up
RU
Naxçıvanda “Yaşıl enerji zonaları: konseptual yanaşmalar, ilkin nəticələr və çağırışlar” mövzusunda tədbir keçirilib

Naxçıvanda “Yaşıl enerji zonaları: konseptual yanaşmalar, ilkin nəticələr və çağırışlar” mövzusunda tədbir keçirilib

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Naxçıvanda “Yaşıl Enerji Zonaları: konseptual yanaşmalar, ilkin nəticələr və çağırışlar” mövzusunda tədbir keçirilib

Naxçıvan Dövlət Universitetində fəaliyyət göstərən Azərbaycan İnnovasiyalar Mərkəzində “Yaşıl Enerji Zonaları: konseptual yanaşmalar, ilkin nəticələr və çağırışlar” mövzusunda tədbir keçirilib.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini Samir Seyidəhmədli “Yaşıl Enerji Zonaları” mövzusunun Azərbaycanın uzunmüddətli inkişaf gündəliyində xüsusi yer tutduğunu diqqətə çatdıraraq vurğulayıb ki, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” çərçivəsində görülən işlər bu istiqamətdə yeni mərhələ açır. Dövlət Proqramında bərpa olunan enerji mənbələrinin inkişafı və “Yaşıl Enerji Zonası”nın yaradılması regionun strateji inkişaf istiqamətlərindən biri kimi müəyyən edilib. Proqramda Naxçıvanın Günəş və külək enerjisi potensialından səmərəli istifadənin genişləndirilməsi, enerji istehsalında bərpa olunan mənbələrin payının artırılması, enerji təminatının dayanıqlılığının və müstəqilliyinin gücləndirilməsi əsas məqsədlər sırasında yer alır. Eyni zamanda, Dövlət Proqramında “yaşıl enerji” layihələrinin regionun sənaye, kənd təsərrüfatı, nəqliyyat və sosial infrastrukturunun inkişafı ilə uzlaşdırılması, eləcə də ekoloji tarazlığın qorunması prioritet vəzifə kimi ortaya qoyulub ki, bu da Naxçıvanın uzunmüddətli və inklüziv inkişaf modelinin formalaşmasına xidmət edir.

Səlahiyyətli nümayəndənin müavini bu istiqamətdə atılan bir sıra mühüm addımlardan bəhs edərək qeyd edib ki, Naxçıvan Muxtar Respublikasında irimiqyaslı bərpa olunan enerji layihələrinin həyata keçirilməsi məqsədilə dünyanın aparıcı “yaşıl enerji” sahəsində fəaliyyət göstərən şirkətləri ilə tərəfdaşlıq müqavilələri bağlanılıb. Həmçinin Energetika Nazirliyi tərəfindən Naxçıvan Muxtar Respublikasında “Yaşıl Enerji Zonası” Konsepsiyası hazırlanaraq baxılması üçün Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinə təqdim edilib. Ümumilikdə, konsepsiya əhatəlidir və 4 əsas sahə üzrə 12 prioritet istiqamət müəyyən edilib. Bu isə muxtar respublikanın ölkənin ilk tam yaşıl enerji modeli kimi formalaşdırılması istiqamətində ardıcıl və sistemli yanaşmanın mövcud olduğunu bir daha təsdiqləyir. 

Samir Seyidəhmədli 2026-cı ildən etibarən Naxçıvan Muxtar Respublikasında 10 il müddətinə tətbiqi nəzərdə tutulan vergi, sosial sığorta və gömrük rüsumlarına dair güzəşt paketinin, ilk növbədə, istehsalyönümlü layihələri stimullaşdırmağı hədəfləyən strateji addım olduğunu diqqətə çatdırıb. Bildirib ki, bu güzəştlər “yaşıl enerji” ilə yanaşı, sənaye, aqrar emal, texnoloji istehsal və ixracyönümlü məhsullar üzrə investisiya layihələrinin genişlənməsi üçün güclü iqtisadi baza formalaşdıracaq. Görülən işlərin və qarşıdakı layihələrin Naxçıvanı Azərbaycanın “yaşıl enerji” bölgəsinə, proqnozlaşdırıla bilən və rəqabətqabiliyyətli istehsal xəritəsinin mərkəzinə çevirəcəyinə, ölkəmizin dayanıqlı və innovativ inkişafına mühüm töhfə verəcəyinə əminliyini bildirən səlahiyyətli nümayəndənin müavini tədbirin təşkilində əməyi olan hər kəsə təşəkkür edib.

Azərbaycan Respublikası Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev çıxış edərək ölkəmizdə müəyyənləşdirilən enerji strategiyasının hədəfində 2030-cu ilədək bərpa olunan enerji mənbələrinin payının qoyuluş gücünü 30%-ə çatdırmaq olduğunu bildirib. Qeyd edib ki, strategiyanın tərkib hissəsi olaraq Qarabağ və Şərqi Zəngəzurla yanaşı, Naxçıvan Muxtar Respublikasında da “Yaşıl enerji zonası”nın yaradılması, bərpa olunan enerji mənbələrindən daha səmərəli istifadə olunması, istehsal edilən enerjinin ixrac olunması istiqamətində mühüm addımlar atılacaq. 

Naxçıvanın çox böyük Günəş enerjisi potensialı olduğunu vurğulayan Cavid Abdullayev qeyd edib ki, Naxçıvanda bərpa olunan enerjiyə dair ərazilər aidiyyəti üzrə müəyyən olunub və torpaqayırma prosesləri gedir. Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən 688 hektar torpaq sahəsi Naxçıvanda bərpa olunan enerji mənbələri ərazisi kimi müəyyən olunub və gələn il, ümumilikdə, 50 meqavat gücündə iki stansiyanın inşası nəzərdə tutulur. 

Sonra Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin nümayəndəsi Emil Kərimzadə “Naxçıvan Muxtar Respublikasının Yaşıl Enerji Zonası Konsepsiyası” mövzusunda məruzə edib, Naxçıvanın “yaşıl enerji zonası”na çevrilməsi, muxtar respublikada yeni elektrik stansiyalarının inşası və enerji ixracı layihələrinin icrası ilə bağlı görüləcək işləri diqqətə çatdırıb. 

Tədbirin davamında “Yaşıl Enerji Zonası Konsepsiyası Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı kontekstində” və “İnfrastruktur layihələr “Yaşıl Enerji Zonası”nın tərkib hissəsi kimi” iki panel müzakirəsi aparılıb. 

Qeyd edək ki, tədbir sabah “Yaşıl Enerji Zonası və regional enerji dəhlizləri” və “Yaşıl enerji sahəsində investisiya layihələri” mövzularında panel müzakirələri ilə öz işini davam etdirəcək. 

Səbuhi HƏSƏNOV

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:49
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 08 Dekabr 2025 22:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see233

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see219

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see210

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see201

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see194

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see186

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see185

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see173

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see171

Hansı ölkədə nazirlərin maaşı çoxdur: Gürcüstanda, yoxsa Azərbaycanda?

21 Yanvar 2026 17:13see170

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see167

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see159

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see157

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see156

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see153

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see150

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri