Icma.az
close
up
RU
Babam öləndə elə bil evimizdən bir dövr köçdü Bəhruz Tağızadə

Babam öləndə elə bil evimizdən bir dövr köçdü Bəhruz Tağızadə

Icma.az, Kulis.az portalına istinadən məlumatı açıqlayır.

Kulis.az Bəhruz Tağızadənin yeni yazısını təqdim edir.

Babam Əliyev Qeybəddin Əşrəf oğlunun əziz ruhuna ithaf edirəm.

Sovet hökuməti böyük bir kəndin taleyini Qeybəddin kişiyə etibar etmişdi.O Qeybəddin kişiyəki küçəyə çıxanda zaptasından küləklər də özünü yığışdırırdi. Vəzifəsinə görə hamı ona hörmət edirdi. Babama görə hamı məni əzizləyir, hədiyyələr alırdı. O vaxtı həmin adamlar mənim üçün dünyanın ən yaxşı adamları idi.Böyüdükcə anlayırdım ki, o əzizləmə nə mənə, nə babama görədir. Bu babamın vəzifəsinə görə idi. Babam vəzifəsindən böyük idi. O atası tərəfindən atılan körpəyə- anama yiyə durub balalarının içinə qatıb, böyüdüb cerli-cehizli ərə vermişdi. Bu kağız üzərinə yazılmayan mərdlik idi. Ögey babam olsa da mən onun ilk nəvəsiydim və məni doğma nəvələrindən daha çox istəyirdi. Uşaq şüurum düşünürdü, bu məni niyə doğma nəvələrindən daha çox istəyir? Cavabı həyatı dərk edəndə anladım: o qanla yox mənəviyyatla olan qohumluğa inanırdı. Drektor, baş aqranom olmaq asan iş idi Qeybəddin kişi olmaq çətin.

Süfrənin başında əyləşəndən saniyələr sonra çayı qənşərinə qoyulardı. Heç “çay verin” deməzdi. Əl-üzünü yuyub qurtarmamış ya nənəm, ya da dayımın arvadı əlində dəsmal yanında hazır dayanardı. Dayımın arvadı babama "papa" deyirdi.

Mən o səhnələrə heyranlıqla baxardım. Uşaq ağlım bunu adi sayırdı. Elə bilirdim hər babanın çayı belə vaxtında gəlir, hər kişinin arxasında belə səssiz xidmət dayanır.

Amma illər keçəndə başa düşdüm ki, bu, qorxu deyildi. Bu, təkcə vəzifə də deyildi. Bu, bir ömrün qazandığı hörmət idi. İnsanlar bəzən kresloya görə əyilirlər, amma evin içindəki o səssiz ehtiram başqa şeydir.

Babam süfrənin başında oturanda evdə qəribə bir rahatlıq olardı. Danışmasa da, varlığı kifayət edərdi. Çayı qarışdırma tərzi, çörəyi bölməyi, "bismillah" deməsi– hamısı bir məktəb idi.Radioda Şövkət Ələkbərova oxuyanda-pəə-deyib başıyla feyziyab hərəkətlərinə heyrətlənərdim. Araq rumkasını burnuma vurmadan içməzdi. Çox nadir hallarda içsədə biz onu heç vaxt sərxoş görməmişdik.

Çox ciddi adam idi. Üzündə təbəssüm nadir hallarda görsənirdi. Elə buna görə zarafat edəndə hamı sevinər,gülərdu.Evin havası dəyişərdi. Mənə baxəb gülümsəyərək: "Ay Bakının qızları, balama heyran" deyəndə bilirdilər ki, kefi kökdür. Hamının kefi kökəlirdi. Nənəmdə gülümsəyirdi.

Rəşidin dükanına gələn geyimləri birinci "Əliyev Qeybəddinin nəvəsi" geyinərdi. Ən yaxşı oyuncaqlar məndə olardı. Evdə bişən toyuğun döş əti babanın idi budu nəvənin. Əvəzində üzü quylu uzanıb-gəl belimi tapdala-deyərdi. Divardan tutunub babamın ailənin yükünü özündə gəzdirən həmin kürəyin üzərində yeriyərdim. Bu onun çox xoşuna gəlirdi.

Baba, sən hər şeyi bilirdin. Bilmədiyini "yekələndə bilərsən" deyirdin. Yekəldim ay baba. Az qalsın sən boyda olmuşam. Uşaqların necə əmələ gəldiyini də bildim. Amma pis insanların necə əmələ gəldiyin hələ də bilmirəm. Kaş sağ olaydın. Mənə deyəydin. Daha bəhanə gətirib yekələndə bilərsən deyə bilməzdin.

Bir dəfə siqnal səsindən qorxub əlindən tutmuşdum. İndi məni qorxudan siqnal səsləri yox, insanlardır. O vaxtı əllərin bu dünya boyda böyük idi. İndi dünya sənin ürəyindən balacadır.

Yadımdadır, keçi haqqında olan şeiri mənə necə həvəslə izah etmişdin. Deyirdin:

— Babanın balası, keçilərin ailəsinə sürü deyirlər. Şair də elə bunu deyir: ay qoşa buynuz keçi tək, yalqız, ailəndən ayrı gəzib dolanma. Bu, çox qorxuludur. Qarşına canavar çıxsa, ona nə edərsən? Gücün çatmaz, səni parçalayar. Sürüdən ayrılanın aqibəti ağır olar. İnsan da elədir. El-obasından, doğmalarından, yaxşı adamlardan uzaq düşən adamı həyatın canavarları tez tapar.

O vaxt dediklərinin mənasını tam başa düşmürdüm. Elə bilirdim, söhbət həqiqətən də keçidən, canavardan gedir. İndi isə anlayıram ki, sən mənə heyvanlardan yox, insanlardan danışırmışsan. İnsan tək qalanda, dayağını, doğmalarını, itirəndə onu gözləyən canavarlar meşədə yaşamır. Onlar bəzən paxıllıq, bəzən tamah, bəzən də pis niyyət şəklində insanın qarşısına çıxırlar. Onda başa düşürəm ki, sənin sadə görünən sözlərinin içində illərin süzgəcindən keçmiş böyük bir həyat həqiqəti gizlənirmiş.

Day dünya, sən görən dünya deyil, ay baba. Sənin kimi kişilər baş götürüb məzara getdilər. Gəzəyən Çimnaz ağbirçək oldu, tamada Vəliş alim çıxdı. İndi də demaqoq Abuzərə "müəllim" deyirlər. O vaxtlar tərbiyəli olan televizorun özü də ədəbini itirdi.

Bəzən fikirləşirəm ki, sən indi qapıdan içəri girsən, bu dünyanı tanımazsan. Hər şey yerindədir: küçələr də, evlər də, adamlar da. Amma heç nə əvvəlki kimi deyil. Dünya elə dəyişib ki, adam qalıb, amma adamlıq azalıb. Düz danışan qəribə görünür, yalan danışan ağıllı sayılır. Ayıb utanmır, həya xəcalət çəkir.

Babam iliyinə qədər kommunist idi. Lotu-potuya rast gələndə əsəbiləşər, deyərdi: "Stalin sağ olsaydı, bunları öz əlləri ilə güllələyərdi". Ən çox söydüyü adam isə Qorbaçov idi. Deyərdi: "Allah Qorbaçovun evini yıxsın! Dünyanı dağıtdı, əclaf! Gədə-güdə zəmanəsidir. Min adam işləyir, bir gədə yeyir. Bu camaatın ayıbını örtən elə Sovet hökuməti idi."

İndi onun sözlərini xatırlayanda anlayıram ki, babam əslində təkcə bir dövrü yox, bir nizamı, bir əxlaqı axtarırmış. Onun üçün dünyanın ölçüsü pul deyildi, vəzifə deyildi. Kişinin sözü kişi qədər ağır olmalı, böyüyün hörməti saxlanmalı, çörəyin də, halal zəhmətin də qədrini bilmək lazım idi. Elə buna görə də bu gün yaşasaydı, yəqin yenə eyni ahla deyərdi: "Ay bala, dünya dəyişməyib, adamlar dəyişib.Qorxu yox, ürkü yox. Evə 3 dənə şifer gətirəndə gecəni yata bilmirdik ki,KKB bu saat girəcək içəri. Qorxusuz yerdə talan baş alıb gedər. İnsanlığı bu günə gətirib çıxaran şey qorxu olub. Qorxu hissi olmayan yerdə insanlıq məhvə məhkumdur. Sovet höküməti getdi, pul gəldi, adamların iç üzü açıldı. Adamı adama ən yaxşı tanıdan şey puldur."

O vaxt bu sözlərin ağırlığını başa düşmürdüm. Elə bilirdim, baba yenə öz nəsihətlərindən birini edir. İndi isə hər gün televizora baxanda, xəbərləri oxuyanda, adamların bir-birini necə aldatdığını görəndə anlayıram ki, babam boşuna danışmırmış. O, insanların içindəki doğru yolu itirməsindən danışırmış.

Bəlkə də buna görə bu gün sənin üçün darıxıram, ay baba. Sən təkcə bizim evin böyüyü deyildin. Sən bizim evin vicdanı idin. Sən gedəndən sonra elə bil evimizdən bir adam yox, bir dövr köçdü. İndi həmin dövrü yalnız xatirələrdə, sənin dediyin sözlərdə və bizə qoyub getdiyin həyat dərsində axtarırıq.Sən dünyanın ən yaxşı, ən dahi babas idin.

Milyonlar qazanan dahi niyə kimsəsiz qəbirdə dəfn olundu? – Rembrandt kimdir? "Bu hekayəni ikinci edən münsiflərin zövqünə "2" verirəm!" - Müzakirə “Qız gecə vaxtı evinə yad kişi gətirirsə...” – Fəxrəddin Manafovun qalmaqallı filmi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:182
embedMənbə:https://kulis.az
archiveBu xəbər 29 İyul 2026 20:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see370

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see359

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see300

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see290

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see288

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see284

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see280

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see265

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see240

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see231

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see227

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see226

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see225

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see222

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see218

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see218

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see216

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see201

Təhlükəli öskürəyin əlamətləri AÇIQLANDI

22 Oktyabr 2026 22:33see187

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri