Icma.az
close
up
RU
Babək adlı tarixi povest yazan mücahid Nofəl Tahirzadəni sovet DTK sı qətlə yetirib?

Babək adlı tarixi povest yazan mücahid Nofəl Tahirzadəni sovet DTK sı qətlə yetirib?

Icma.az, Kulis.az portalına istinadən məlumat verir.

Kulis.az Dilqəm Əhmədin "Nofəl Tahirzadənin Azərbaycanı" yazısını təqdim edir.

1920-ci ildə Rusiyanın Azərbaycan Cümhuriyyətini işğal etməsindən sonra istiqlalçı gənclik mücadiləni həm mühacirətdə, həm də gizli şəkildə ölkə daxilində davam etdirdi. Mühacirətdə tanınmış ictimai-siyasi xadimlərin ətrafında yer alan bu gənclər, daxildə "İstiqlal" adlı qəzet yaratdılar, təşkilatlanaraq Azərbaycanın yenidən azadlığı uğrunda çalışdılar.

Bu proses II Dünya müharibəsinə qədər daha planlı və peşəkar şəkildə davam etdirildi. Hətta almanların SSRİ-yə hücumu zamanı Bakı kəndlərinin bir çoxunda müsavatçı adı ilə bəzi insanlar həbs olundu. Bu, onu göstərir ki, azı 25 il Azərbaycan xalqı rus işğalı ilə barışmayıb.

Təsadüfi deyil ki, Məhəmməd Əmin Rəsulzadə Avropada qələmə aldığı "Azərbaycan istiqlal uğrunda mübarizədə" adlı əsərində 1930-cu illərdə ölkəmizin hər yerində baş verən üsyanların təhlilini apararaq Qərb oxucusuna azərbaycanlıların bu istilanı qəbul etmədiyini göstərib.

SSRİ-nin müharibədə qələbə qazananlar cərgəsində olması keçmiş siyasi xadimlərin uzun illərdir apardıqları mücadiləni səngitsə də, sovet Azərbaycanında yetişən gənclik mülayimləşmə dönəmində milli hissləri yenidən canlandırmaq üçün mümkün vasitələrdən istifadə etməyə başladılar. Nəzərə alsaq ki, Stalinin ölümündən sonra yaranan yumşalma dönəmi dövrün ziyalılarının ehtiyatlı da olsa, gənclərə milli fikirlər aşılamaları bu prosesin qırılmamasına səbəb olub. Dissident mühit Azərbaycanda da müəyyən qədər özünü göstərib.

Həmin gənclərdən biri də Nofəl Tahirzadə idi.

Nofəl Tahirzadə kimdir?

Nofəl Şərif oğlu Tahirzadə 5 sentyabr 1955-ci ildə Qutqaşen (indiki Qəbələ) rayonunun Xırxatala kəndində doğulub. Beşinci babası Məhəmmədtahir ağa Nəzirməhəmməd oğlundan (XIX yüzilin başlanğıcı) üzübəri bütün babaları din xadimi və müəllim kimi fəaliyyət göstəriblər. Ata babası Molla Yusif Baba oğlu (1899-1962) müdrik el ağsaqqalıydı, ana babası Molla Çərkəz əfəndiyə isə (1882-1970) təkcə Qəbələ mahalında yox, ətraf bölgələrdə də sonsuz ehtiram vardı. Atası - "Xalq maarifi əlaçısı" Şərif Tahirli (1929-2020) 42 il müəllimlik edib. Azərbaycan Yazıçılar Birliyinin üzvü, 11 kitabın müəllifi olan Şərif müəllim respublikada daha çox satirik şair kimi tanınıb. Anası Ruqiyyə xanım (1929-1992) yüksək təhsil almasa da, övladlarının oxuması üçün çalışıb. Nofəl Şərif müəllimin 4 övladından ikincisiydi.

1972-ci ildə Xırxatala kənd orta məktəbini əla qiymətlərlə bitirən Nofəl ozamankı Əcəmi adına Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun memarlıq fakültəsinə qəbul olunub. 1977-ci ildə diplomunu alan kimi təyinatla Rusiyaya - Mordoviyanın mərkəzi Saransk şəhərinə göndərilib və "Mordovskqrajdanproyekt" ("Mordoviyamülkilayihə") Layihə İnstitutunda işləməyə başlayıb. Məzuniyyət götürüb evə gəlməyinə bir neçə gün qalmış - 6 avqust 1978-ci ildə Saranskda bir göldə çimərkən müəmmalı şəkildə boğularaq həlak olub. Cənazəsi avqustun 11-də ata yurduna gətirilərək dədə-baba məzarlığında torpağa tapşırılıb.

Rəssam, memar, şair

Nofəl Tahirzadənin ailə üzvləri bu hadisəni sovet DTK-sının törətdiyinə dair ciddi gümanlar olduğunu bildirib. Bunu isbat etmək hələlik mümkün olmasa da, onun fəaliyyətinə baxdığımız zaman tamamilə milli hisslərlə alışıb yanan bir şəxsiyyət olduğunu görürük. O, 1975-ci ildən etibarən qələmini müxtəlif sahələrdə sınamağa başlayıb, "Babək" adlı tarixi povest qələmə alıb. Qafqazdakı erməni və gürcülərin özlərinə məxsus əlifbalarının olduğunu göstərərək bir əlifba yaradıb, öz qeydlərini də həmin hərflərlə yazıb. 1977-ci ildə yaratdığı bu əlifba 33 hərfdən ibarət idi.

Arzusundakı Azərbaycanı təsəvvür etmək üçün o, müstəqil dövlətin əsas simvollarının təsvirlərini də yaradıb. Hərb tarixini dərindən öyrənən Tahirzadə 1975-ci ildə Azərbaycan Ordusunun qərargahının sxemini hazırlayıb, eləcə də Azərbaycan bayrağı və gerbinin eskizini çəkib.

Şübhəsiz ki, Nofəl bəy ilk Azərbaycan Respublikasının simvollarından xəbərsizdi, ona görə də özünün təsəvvür etdiyi şəkildə eskizlər hazırlayıb. Onun hazırladığı bayrağın forması bu şəkildə idi: Ortada dairə içərisində "A" hərfi ("Azərbaycan" sözünün ilk hərfi") yazılıb, dairə günəş şüaları ilə əhatələnib. Yuxarı sol küncdə isə Azərbaycanın gerbi verilib. Gerb isə 3 hissədən ibarətdir: 1) Yuxarı hissə - "A" hərfi, iki tərəfində od. 2) Orta hissə - kitab - yarı açılmış formada. 3) Aşağı hissə - yarımgünəş (yuxarı hissənin əksi formasında) və qırağı haşiyə (xətlə).

Bu eskizlər arasında müstəqil olması arzulanan Azərbaycan zabitinin, əsgərinin hərbi geyimlərinin hansı formada olacağı da vardır. Həmçinin o, bir sıra hərbi terminlərin Azərbaycan dilindəki qarşılığını hazırlayıb, özü də bəzi ifadələri yaradıb. O, ordu ilə bağlı eskizlərində sovetin beşguşəli ulduz sxemindən imtina edib, üçbucaq ulduz formalarından yararlanıb.

Eləcə də rəssamlıqla məşğul olan Nofəl Tahirzadə "Tələbə otağı" (1973), "Memar Əcəmi", "Otçalan oğlan" (1974), "Azadlıq!!!" (1975), "Gözəllik" (1976) kimi tabloların müəllifi olub. Ədalət Tahirzadə onun rəssamlıq fəaliyyəti ilə bağlı yazıb: "Həmişə qürurla deyirdi ki, mən Mürsəl Nəcəfovun tələbəsiyəm. Rəssamlığa o, uşaqlıqdan başlayıb. Karandaşla, sulu və yağlı boya ilə çəkdiyi irili-xırdalı yüzlərlə rəsmi, rəsm topluları var. İlk çağlar çəkilmişi çəkməyə (əsasən portretləri) üstünlük versə də, get-gedə sərbəst mövzular üzərində işləyib və öz üslubunu yaratmağa can atıb. Tarixi mövzulara və döyüş səhnələrinə daha geniş yer verib".

İxtisasca memar olan Tahirzadə bu sahəyə 800 yerlik kinoteatr binasını layihələndirməklə başlayıb. Deyilənlərə görə, Saranks şəhərində onun layihəsi üzrə bir neçə memarlıq işi istifadəyə verilib.

Xəritəçiliyə də böyük marağı olan Nofəl bəy 1976-cı ildə "Azərbaycan Səfəvilər imperiyası" adlı xəritə çəkib. Bununla da o, Azərbaycanın tarixi keçmişinə olan münasibətini ifadə edib. Yenə həmin il bütöv Azərbaycanın xəritəsini çəkən Tahirzadə arzusunda olduğu ölkənin sərhədlərini göstərib.

Nofəl bəy 1969-cu ildə SSRİ ilə Çin arasında Damansk adası uğrunda gedən müharibə zamanı orada həlak olmuş azərbaycanlı qəhrəman hərbçi Tofiq Abbasovun büstünü yaradıb. Eləcə də tələbəlik illərində mişar daşından atası Şərif Tahirlinin, ana babası Molla Çərkəz əfəndinin və başqalarının büstlərini hazırlayıb.

Nofəl Tahirzadənin düşüncələri

Nofəl bəyin Azərbaycanın azadlığına dair arzuları onun qeydlərində də əks olunub. 1975-ci ildə yazdığı "Müstəqillik - bu, yalandır!" adlı qeydlərində yazıb: "Azadlıq insana verilmir, onu zorla qazanırlar. Biz öz azadlığımızı, müstəqilliyimizi özümüz qazanacağıq". Yenə həmin qeydlərində ana dili ilə bağlı konkret ifadələr işlədib: ""Partiyamızın mehriban atalıq qayğısı sayəsində" rus dili azərbaycanlıların "ikinci ana dili" olmuşdur! Mənə belə gəlir ki, ana dili yeganə olur və mənimki Azərbaycan dilidir!".

"28 tayfa və Azərbaycan" adlı qeydlərində yenə eyni düşüncələrini bölüşüb: "Azərbaycan öz dilini, mədəniyyətini qoruyur. Azərbaycan yaşayır! O, diz çökməyəcək! Artıq Azərbaycanın yeni nəsli öz dostunu və düşmənini tanıyır. Artıq onu köhnəlib çeynənmiş, sərsəm ideyalarla tovlamaq, diqqətini yayındırmaq mümkün deyildir. Azərbaycanın bu gənc nəsli öz parçalanmış vətənini birləşdirəcək və yeni, müstəqil Azərbaycan yaradacaq. Azadlıq verilmir, onu qazanırlar!"

Nofəl Tahirzadənin fəaliyyəti haqqında qardaşı, professor Ədalət Tahirzadə "Nofəl Tahirzadə - Müstəqil Azərbaycan Dövləti uğrunda mücahid" adlı kitab ərsəyə gətirib.

2016-cı ildə İstiqlal Muzeyində həm kitabın təqdimatı olub, həm də Nofəl bəyin əsərləri sərgilənib.

Nofəl Tahirzadənin daxili dünyası, əsərləri müasirlərinə geniş bələd olmasa da, onun yazdığı əsərlər, çəkdiyi təsvirlər dövrün Azərbaycan gəncliyinin milli hisslərə sahib olmaları, SSRİ-nin ittifaq deyil, istiladan doğan imperiya olduğunu anlamaları baxımından əhəmiyyətlidir.

Xalq artisti Hacı Murad Yagizarov Bakıda dəfn olunacaq Cəmi 24 yaşında doktorluq dərəcəsi alan, adı nasizmlə əlaqələndirilən dahi filosof Venesiya festivalında Azərbaycan filminin təqdimatı olub
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://kulis.az
archiveBu xəbər 17 Sentyabr 2025 15:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see285

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see219

Fevral ayı üçün namaz vaxtları TƏQVİM

31 Yanvar 2026 17:29see218

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see217

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see211

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see192

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see191

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see190

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see176

İqtisadiyyat Nazirliyində müdir, SOCAR da rəis müavini Həbs olunan dələduzun ŞOK VƏDLƏRİ

31 Yanvar 2026 17:28see170

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see170

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see166

İran XİN rəhbəri etirazlar zamanı 30 min nəfərin ölməsi ilə bağlı iddiaları təkzib edib

31 Yanvar 2026 12:22see163

Bakı Brüssel iqtisadi gündəliyi

31 Yanvar 2026 11:20see162

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see162

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see160

Bu ölkədə siyasi məhbus qalmadı

31 Yanvar 2026 20:26see159

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see158

Banklar daha çox hansı sahibkarı seçir? Biznes kreditlərinin bölgüsü

31 Yanvar 2026 16:18see153

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see145
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri