Icma.az
close
up
RU
Bacarıqlar Sammiti çərçivəsində ikitərəfli görüşlər keçirilib

Bacarıqlar Sammiti çərçivəsində ikitərəfli görüşlər keçirilib

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Nəsillərarası istedadın üzə çıxarılması” mövzusunda Bacarıqlar Sammitində (İstanbul) iştirak edən Azərbaycan nümayəndə heyətinin rəhbəri, əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev tədbir çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirib.

Çin Xalq Respublikasının insan resursları və sosial təminat naziri Vanq Siyaopinqlə görüşdə Azərbaycanla Çin arasında hərtərəfli strateji tərəfdaşlığın əmək və sosial müdafiə üzrə əməkdaşlığın inkişafı üçün də əlverişli zəmin yaratdığı vurğulanıb. Ölkəmizdə həyata keçirilən aktiv məşğulluq proqramları, son illər əmək bazarı üzrə rəqəmsal idarəçiliyin qurulduğu diqqətə çatdırılıb. İki nazirlik arasında əməkdaşlığın hüquqi çərçivəsinin müəyyən olunması, birgə pilot layihələrin icrası, texniki kadr hazırlığı sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib.

Anar Əliyevlə Sloveniya Respublikasının Baş nazirinin müavini, əmək, ailə, sosial işlər və bərabər imkanlar naziri Leka Meseçin görüşündə ölkələrimiz arasında əlaqələrin inkişafından bəhs olunub. Azərbaycan-Sloveniya İqtisadi Əməkdaşlıq üzrə Birgə İşçi Qrupunun ötən il Bakıda keçirilən iclasının protokolunda əmək və sosial müdafiə sahəsində də əməkdaşlığın həyata keçirilməsinin əks olunduğu qeyd edilib. Bu istiqamətdə atılacaq addımlar, eləcə də Sloveniyanın işçi qüvvəsi idxal edən ölkə olduğu nəzərə alınmaqla, Azərbaycandan işçi qüvvəsinin həmin ölkənin əmək bazarına çıxış imkanlarının araşdırılması məsələləri müzakirə olunub.

Türkiyə Respublikasının əmək və sosial müdafiə naziri Vedat İşıkhanla görüşən Anar Əliyev Azərbaycan və Türkiyə arasında münasibətlərin qardaşlıq və strateji müttəfiqlik səviyyəsində olduğunu vurğulayıb. Görüşdə nazirliklər arasında əlaqələrin də yüksək səviyyədə davam etdiyi bildirilib. Keçən il Türk Dövlətləri Təşkilatının əmək, məşğulluq və sosial müdafiə nazirlərinin Bakıda keçirilən ilk iclasının və iki nazirlik arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlıq üzrə Birgə Daimi Komissiyanın Ankarada keçirilən 12-ci iclasının əhəmiyyəti vurğulanıb. Müntəzəm görüşlərin əlaqələrin daha da genişlənməsinə mühüm töhfə verdiyi qeyd olunub, gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb. 

Anar Əliyev İslam Ölkələrinin Statistik, İqtisadi və Sosial Araşdırmalar və Təlim Mərkəzinin (SESRIC) Baş direktoru Zehra Zümrüt Selçuk ilə də görüşüb. 2023-cü ildə Nazirlik ilə SESRIC arasında imzalanmış əməkdaşlıq sənədinin əlaqələrimizin institusional baxımdan gücləndirilməsində, birgə fəaliyyətin hüquqi və metodoloji çərçivəsinin müəyyən olunmasında önəmi qeyd edilib. Bu sənədə uyğun olaraq 2025-2027-ci illər üzrə Tədbirlər Planı əsasında aparılan işlər nəzərdən keçirilib, tədqiqatların aparılması sahəsində gələcək əməkdaşlıq müzakirə olunub.

Birləşmiş Krallığın məşğulluq naziri Dayana Conson ilə görüşdə Azərbaycanda aktiv əmək bazarı proqramlarının genişləndirilməsi istiqamətində atılan addımlar, əmək və məşğulluq sahələrində rəqəmsal həllərin geniş tətbiqi işləri barədə məlumat verilib. İki qurum arasında əməkdaşlıq üçün müqavilə-hüquq bazasının genişləndirilməsi, əlaqələrin inkişaf etdirilməsi, təcrübə mübadilələrinin aparılması, habelə ölkəmizdən Birləşmiş Krallığın əmək bazarına müəyyən sektorlar üzrə tələb olunan işçi qüvvəsinin ixracı imkanlarının nəzərdən keçirilməsi məsələləri müzakirə edilib. Bu görüşün qeyd edilən sahələrdə əməkdaşlığın inkişafına töhfə verəcəyinə əminlik ifadə olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:204
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 29 Aprel 2026 10:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see413

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see406

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see314

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see304

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see271

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see270

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see263

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see258

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see255

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see247

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see246

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see230

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see215

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see212

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see208

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see205

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see204

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see200

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see198

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri