Icma.az
close
up
RU
Bacıma niyə yazırsan? deyib ayağından bıçaqladı Sonra da öpüb, qucaqladı...

Bacıma niyə yazırsan? deyib ayağından bıçaqladı Sonra da öpüb, qucaqladı...

Demokrat.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Kürdəmir rayonunda 21 yaşlı oğlan bacısına mesaj yazan həmyerlisinə xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun Atakişili kəndində baş verib. 2005-ci il təvəllüdlü Sərdar kəndi ərazisində yerləşən istixananın arxa hissəsində Aqil (adlar şərtidir – red.) ilə mübahisə edib. 
Mübahisəyə səbəb Aqilin onun bacısı, 2010-cu il təvəllüdlü Ləmana sosial şəbəkədə mesaj yazması olub. Buna narazılığını bildirən Sərdar Aqilin ona kobud cavab verməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı əlində olan bıçaqla onun ayağından bir dəfə vurub. 
İş üzrə izahat verən Aqil ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, anası ilə birlikdə Bakı şəhərində yaşayır:
“Məlum hadisədən əvvəl Bakı şəhərində olarkən bacım Ləmanın sosial şəbəkədə Aqil ilə biri-birilərinə mesajlar yazdığını gördüm. Buna görə bacım ilə dalaşdım və sonra Bakıdan Kürdəmirə gəldim. Kürdəmir şəhərində, Heydər Əliyev parkının qarşında tanışım Ramal ilə görüşdüm. Ondan Aqilin mobil nömrəsini soruşdum. Ramal da Aqilin nömrəsini öyrənərək mənə dedi. Aqilə zəng edərək görüşmək istədiyimi bildirdim. Biz Kürdəmir rayonunda “Köhnə bazar” adlanan yerdə görüşməyi razılaşdıq. Mən tanışım Ramal ilə birlikdə əvvəllər tanıdığım Rasimin avtomobili ilə həmin yerə getdik. Həmin yerdə Aqil avtomobilə əyləşdi və mən Rasimdən avtomobili Kürdəmir rayonunun kəndi ərazisində yerləşən istixananın yanına aparmasını xahiş etdim”. 
Təqsirləndirilən şəxs deyib ki, 2025-ci ilin iyulun 27-də, gecə saat 00:30-da istixananın arxa hissəsində o, Ramal və Aqil avtomobildən yerə düşüb, Rasim isə avtomobildə oturaraq onları gözləyib:
“Ramal da avtomobilin yanında qaldı. Avtomobildən təxminən 20-25 metr aralıda Aqildən hansı məqsədlə azyaşlı bacıma mesaj yazdığını və telefonla danşdırığını soruşaq öz iradımı bildirdim. Aqil isə mənə kobud cavab verdi. Əsəbləşərək əlimdə olan cib bıçağı ilə Aqilin ayağından bir dəfə vurdum. Bundan sonra Aqildən aralandım. Ramal isə Aqilə yaxınlaşaraq ona köməklik etdi. Bundan sonra bir-birimizdən bu məsələlərlə bağlı üzr istədik, sonra barışdıq. Bundan sonra Aqili köhnə bazar deyilən yerdə düşürdüm. Mən və Ramal gəldiyimiz avtomobil ilə evimizə getdik”. 
İş üzrə zərərçəkmiş Aqilin sözlərinə görə, Sərdarı tanısa da, aralarında heç bir münasibətləri olmayıb:
“Mən hadisədən 1 ay əvvəl “Tik-tok” sosial şəbəkəsində Sərdarın bacısı Ləman ilə tanış olaraq yazışdım. Məlum hadisədən əvvəl Kürdəmir rayonu, köhnə bazar adlanan yerdə yerdə iş yerimdə yeməkxanada olarkən Sərdar zəng edərək görüşmək istədiyini dedi. Mən də razılaşdım. Telefon danışığından 20 dəqiqə sonra Sərdar gəldi və mən də işdən icazə alaraq onun gəldiyi avtomobilə əyləşərək Atakişili kəndi ərazisində yerləşən istixanana istiqamətinə getdik. Avtomobildə olan şəxslərin Ramal və avtomobili sürən şəxsin Rasim olduğuğunu bilmişəm”. 
Zərərçəkmiş deyib ki, iyulun 27-də, gecə saat 00:30-da onlar istixana ərazisinə çatdıqdan sonra Rasim avtomobil də qalıb:
“Ramal da avtomobilin yanında qaldı. Mən və Sərdar isə onlardan təxminən 20-25 metr aralaşdıq. Sərdar məndən hansı səbəblə bacısına mesaj yazdığımı soruşdu və aramızda mübahisə yarandı. Mübahisə zamanı Sərdar əlində olan bıçaqla sol ayağımdan vuraraq mənə xəsarət yetirdi, oradan da uzaqlaşdı. Ramal yaxınlaşaraq mənə kömək etdi. Bir az sonra Sərdar da yaxınlaşaraq əsəbləşdiyi üçün məni vurduğunu dedi, məni qucaqladı. Bundan sonra gəldiyimiz avtomobilə əyləşərək köhnə bazar adlanan yerə gəldik. Mən orada avtomobildən  düşdüm, Sərdargil isə getdilər. Mən evə gəldikdən sonra hadisəni atama danışdım. Atam məni xəstəxanaya gətirərək yardım etdilər”.
Zərərçəkmiş ifadəsində göstərib ki, təqsirləndirilən şəxs ilə aralarında barışıq olub, ona qarşı şikayəti yoxdur. O, təqsirləndirilən şəxsin barəsində olan cinayət işinə xitam verilməsini, onun cinayət məsuliyyətindən azad edilməsini xahiş edib. 
Bu halları nəzərə alan hakim təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə xitam verib. O, cinayət məsuliyyətindən azad edilib.
Fariz Məlikli
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 19 May 2026 11:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see383

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see343

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see339

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see335

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see317

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see309

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see298

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see296

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see285

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see268

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see267

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see248

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see239

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see237

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see234

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see223

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see222

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see208

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see201

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri