Bacısını müğənni olduğu üçün öldürən şəxsə hökm oxundu
Axar.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Gəncədə bacısı Səbinə Abbasovanı qətlə yetirməkdə təqsirləndirilən Hüseyn Abbasovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Axar.az Report-a istinadla xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, o, 19 il müddətə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə 2023-cü ilin noyabrın 2-də baş verib. İttihama görə, Hüseyn Abbasov bacısı Səbinə Abbasovaya müğənniliklə məşğul olmağa son qoymağı tələb edib. Bundan sonra H.Abbasov S.Abbasovanın yaşadığı ünvana gələrək onu qətlə yetirirdiyi bildirilir.
Proses iştirakçılarının sözlərinə görə, təqsirləndirilən şəxs bir neçə dəfə məhkum olunub.
Hüseyn Abbasov Cinayət Məcəlləsinin 120.2.2, 120.2.4-cü (xuliqanlıq niyyəti ilə xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddələri ilə ittiham edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 05 Mart 2025 14:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















