Icma.az
close
up
RU
Badalyandan Azərbaycan XİN ə cavab gəldi

Badalyandan Azərbaycan XİN ə cavab gəldi

Icma.az, Yenisabah saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İrəvan rəsmi Bakının Ermənistan və Aİ arasında strateji tərəfdaşlıq və Azərbaycanla sülh prosesi arasında ziddiyyətlər barədə bəyanatı ilə razılaşmayıb.

"Yeni Sabah" armenpress-ə istinadla xəbər verir ki, Ermənistan XİN-in sözçüsü Ani Badalyan Ermənistan bildirib:

"Ermənistan-Avropa İttifaqı strateji tərəfdaşlıq gündəliyi ikitərəfli tərəfdaşlığın mahiyyətini əks etdirir. O, təkcə Ermənistan vətəndaşlarının Avropa istəklərini deyil, həm də Aİ-nin suverenlik, ərazi bütövlüyü, demokratiya və sosial-iqtisadi davamlılığı dəstəkləmək öhdəliyini əks etdirir. Özlüyündə bu, yalnız bölgədə sülhün möhkəmlənməsinə öz töhfəsini verir".

Badalyanın sözlərinə görə, Ermənistan-Avropa İttifaqı strateji tərəfdaşlıq gündəliyinə regionda sabitliyin, rifahın və sülhün möhkəmləndirilməsinə sadiqliyi əks etdirən gələcəyə ümumi baxış da daxildir.

"Qeyd edək ki, Aİ-Ermənistan Tərəfdaşlıq Şurasının iclasının yekunları üzrə qəbul edilmiş birgə bəyanatda Avropa İttifaqı da bu ilin avqustunda Vaşinqton Sülh Sammitində Ermənistan və Azərbaycan arasında əldə olunmuş tarixi mərhələni alqışlayıb. Aİ Ermənistan və Azərbaycan arasında sülhün daha da möhkəmləndirilməsi və institusionallaşdırılmasına güclü dəstəyini bir daha təsdiqləyib", - Badalyan qeyd edib.

Bundan əvvəl Azərbaycan Xarici İşlər Nazirliyi Brüsseldə keçirilən Tərəfdaşlıq Şurasının iclasının yekunları üzrə 2025-ci il dekabrın 2-də imzalanmış “Aİ-Ermənistan Tərəfdaşlıq Strateji Gündəliyi”nin məzmunu ilə bağlı ciddi narahatlığını bildirib.

Azərbaycan Xarici İşlər Nazirliyinin şərhində bu sənədin münaqişədən sonrakı reallıqlara zidd olduğu və Azərbaycan-Ermənistan sülh prosesinin gündəliyinə zidd olduğu vurğulanıb.

O cümlədən, sənəddə “Azərbaycanın hərbi əməliyyatları nəticəsində didərgin düşmüş Qarabağ erməniləri” ifadəsi yer alıb, onları “qaçqın” kateqoriyasına daxil edib. Azərbaycan XİN bəyanatında bu ifadəni “qərəzliliyin açıq təzahürü” adlandıraraq, həmin şəxslərin Azərbaycanın Qarabağ bölgəsini könüllü olaraq tərk etdiyini və Bakının təklif etdiyi reinteqrasiya planını rədd etdiyini xatırladıb.

"Bu mövzunun Aİ-Ermənistan tərəfdaşlığının prioritetlərindən biri kimi müəyyən edilməsi Azərbaycana qarşı qərəzli münasibətin bariz nümunəsidir", - XİN qeyd edib.

Nazirlik həmçinin vurğulayıb ki, Aİ-nin regionda normallaşma proseslərinə mümkün töhfəsi ilə bağlı bölmədə Beynəlxalq Ədalət Məhkəməsinin bütün müvafiq qərarlarının tam, dərhal və effektiv icrasını tələb edən müddəa Ermənistanın Azərbaycana qarşı irəli sürdüyü məlum iddiaları açıq şəkildə ifadə edir.

Rəsmi Bakı həmçinin Azərbaycanda təqsirləndirilən və məhkum olunan erməni şəxslərin “məhbus” kimi təsnifləşdirilməsini və onların azadlığa buraxılmasının ayrıca prioritet kimi müəyyən edilməsini qəbuledilməz və reallığın kobud şəkildə təhrif edilməsi adlandırıb.

Azərbaycan Xarici İşlər Nazirliyi qeyd edir ki, İrəvan və Brüssel arasında sənəddə əməkdaşlıq prioritetləri sırasında hərbi və müdafiə məsələlərinin vurğulanması Ermənistanın hərbiləşdirilməsinə xidmət edir.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:145
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 10 Dekabr 2025 17:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see376

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see319

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see317

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see306

Şaurma, yoxsa burger faydalıdır? Diyetoloq açıqladı

22 Noyabr 2026 02:00see273

Livan Prezidenti İranı topa tutdu Suverenliyimizə müdaxilə edir

22 Noyabr 2026 02:22see246

Xalq artisti görünüşü ilə müzakirə yaratdı (Video)

22 Noyabr 2026 13:22see240

“Şərurlu İsfəndiyar” oğluna dəbdəbəli toy məclisi qurdu (FOTO)

22 Noyabr 2026 03:46see236

Ərzaq malları bahalaşıb

22 Noyabr 2026 13:51see236

Meryem Üzerli Maşa oldu FOTO

22 Noyabr 2026 04:01see234

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

23 Noyabr 2026 01:03see232

Bakıda həbsdə olan şəxsin bağ evində silah sursat aşkarlanıb

22 Noyabr 2026 06:49see216

İdmançı müharibənin ekoloji fəsadlarına diqqət çəkmək üçün Hörmüz boğazını üzüb keçib

22 Noyabr 2026 04:48see214

Şamaxıda Gənclik Yolunda layihəsinin açılış mərasimi keçirilib FOTO

22 Noyabr 2026 16:03see207

Yaşlandıqca gücdən düşməmək üçün həkim ən vacib qaydanı açıqladı

23 Noyabr 2026 05:06see207

Gürcüstanda matəm günü ilə əlaqədar dövlət bayraqları yarıya endirilib

22 Noyabr 2026 03:21see205

Qızıl və gümüş yenə ucuzlaşdı

22 Noyabr 2026 15:36see205

Dodaqların vəziyyəti BU XƏSTƏLİKLƏRDƏN xəbər verir FOTO

22 Noyabr 2026 06:19see203

PSJ ağır zədəsinə baxmayaraq Kvaratsxeliyaya böyük təklif hazırlayır

22 Noyabr 2026 06:14see201

Qəzzada meningit təhlükəsi: Səhiyyə sistemi yeni böhranla üz üzə

22 Noyabr 2026 19:35see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri